Azərbaycan Prezidenti İlham Əliyev
Qətərin
nəqliyyat nazirini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Qətər
Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd
Al-Sulaitini qəbul edib.
Nazir
Cassim Saif Əhməd Al-Sulaiti ölkəmizdə mövcud
olan müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat
yaratdığını bildirdi, bu sahədə əməkdaşlığın
genişləndirilməsi üçün Azərbaycanın
müvafiq qurumları ilə danışıqlar
aparıldığını dedi. Azərbaycanla əməkdaşlıq
üçün böyük imkanların olduğunu qeyd edən
nazir səfərinin bu məsələləri müzakirə
etmək üçün yaxşı fürsət
yaratdığını vurğuladı.
Dövlətimizin
başçısı ölkələrimizdə regional nəqliyyat
infrastrukturu yaradılması istiqamətində mühüm
işlər görüldüyünü, bu sahədə
uğurlar əldə edildiyini dedi. Azərbaycan ilə Qətər
Dövləti arasında nəqliyyat sahəsində əməkdaşlığın
inkişaf etdirilməsi üçün yaxşı
imkanların olduğunu bildirən Prezident İlham Əliyev bu
sahədə perspektivləri müəyyənləşdirməyin
və birgə səyləri artırmağın vacibliyini qeyd
etdi.
Azərbaycan.-2015.- 17 mart.- S.1.