Dörd çərşənbənin dördüncüsü
Torpağa bax, torpağa,
Sanki qalxır ayağa.
Buxarlanır nəfəsi,
Oyanıbdır həvəsi.
Qızıl öküz tərpənir,
Torpaq sanki dillənir:
Çəmənim harda qaldı?
Səmənim harda qaldı?
Getdi qarlı yorğanım,
Getdi çənim, dumanım!
Gəlsin
xalı-xalçalar,
Yollar boyu yoncalar,
Qoy bağ olsun, əkin olsun,
Mənim
ana qucağım!
Səpin
olsun, biçin olsun,
Gülsün hər bir bucağım!..
Əhməd CAVAD
Azərbaycan.-2015.-
17 mart.- S.6.