Prezident İlham
Əliyev Qarsda bp
şirkətinin
baş
icraçı direktoru
Robert Dadli ilə görüşüb
Azərbaycan Prezidenti İlham
Əliyevin Türkiyəyə işgüzar səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 17-də
Qarsda bp şirkətinin baş icraçı direktoru Robert
Dadli ilə görüşüb.
Görüşdə
Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlıqdan
və “Şahdəniz” qaz yatağının işlənməsi
üzrə səmərəli birgə fəaliyyətdən məmnunluq
ifadə edildi. Ötən il sentyabrın 20-də Bakıda “Cənub”
qaz dəhlizinin, eləcə də Qarsda TANAP layihəsinin təməlinin
qoyulmasının önəmi vurğulandı, “Cənub” qaz dəhlizi
layihəsi üzrə işlərin uğurla davam etməsinin
əhəmiyyəti qeyd olundu. “Cənub” qaz dəhlizi layihəsinin
bir hissəsi kimi TANAP-ın önəmi, bu layihələrdə
bütün işlərin plan üzrə həyata
keçirildiyi bildirildi.
Söhbət
zamanı 2018-ci ildə “Şahdəniz-2” layihəsindən
Türkiyəyə 6 milyard kubmetr əlavə qazın verilməsinin
əhəmiyyəti qeyd edildi. TAP layihəsi üzrə də
işlərin uğurla davam etdiyi vurğulandı, Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın
rolu yüksək qiymətləndirildi.
Görüşdə
bp-nin TANAP layihəsinin səhmdarlarından biri olmasından məmnunluq
ifadə olundu, digər layihələr üzrə də
işlərin uğurla davam etdirildiyi bildirildi.
Söhbət
zamanı Azərbaycan ilə bp arasında əməkdaşlığın
hazırkı vəziyyəti və perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.-2015.- 18 mart.- S.1.