Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə
Prezidenti Rəcəb Tayyib
Ərdoğanın görüşü
Azərbaycan Prezidenti İlham
Əliyevin Türkiyəyə işgüzar səfəri
Martın
17-də Qarsda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın
görüşü olub.
Görüşdə
strateji tərəfdaşlıq, dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə olundu.
Türkiyədə təməli qoyulan TANAP layihəsinin əhəmiyyəti
vurğulandı, əlaqələrimizin genişləndirilməsində
yüksək səviyyəli görüşlərin rolu qeyd
edildi. Azərbaycanın və Türkiyənin iştirak etdikləri
mühüm strateji layihələrin Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasına mühüm töhfə verdiyi bildirildi.
Söhbət
zamanı ikitərəfli münasibətlər və
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.-2015.- 18 mart.- S.1.