Türkiyə
Prezidenti Azərbaycanın Baş prokurorunu qəbul edib
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbiri ziyarətlə başlayıb. Atatürkün məzarı önünə əklil qoyulub, əziz xatirəsi yad olunub.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş prokuror Zakir Qaralovu qəbul edib.
Görüşdə
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə
olduğu kimi hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın
uğurla inkişaf etdiyi diqqətə çəkilib.
Səfər çərçivəsində
Türkiyənin Ali Məhkəməsinin baş prokuroru Hasan
Erbillə görüş olub.
Görüşdə Türkiyə
Baş prokurorluğunun strukturu və fəaliyyətini əks
etdirən videomaterial nümayiş olunub.
Tərəflər iki qardaş
ölkələrin prokurorluq orqanları arasındakı əməkdaşlığa
dair ətraflı fikir mübadiləsi aparıblar.
Sonra Azərbaycan
Respublikasının Baş Prokurorluğu ilə Türkiyə
Cümhuriyyətinin Ali Məhkəməsinin Baş
Prokurorluğu arasında anlaşma memorandumu imzalanıb.
Tərəflər sənədin
imzalanmasını mühüm hadisə kimi qiymətləndirərək,
anlaşma memorandumunun qardaş ölkələrin prokurorluq
orqanları arasında təcrübə mübadiləsi, tədris
və digər sahələrdəki əməkdaşlığın
daha da genişlənməsinə xidmət edəcəyini
bildiriblər.
Azərbaycan nümayəndə heyəti
Türkiyənin Ali Məhkəməsinin sədri İsmail
Rüştü Cirit ilə də görüşüb.
Zakir Qaralov Türkiyə Ali Məhkəməsinin
sədri vəzifəsinə yeni seçilən
Rüştü Ciritə Azərbaycan Respublikasının Ali
Məhkəmənin sədri Ramiz Rzayevin məktubunu
çatdırıb.
İsmail Rüştü Cirit tezliklə
Azərbaycana səfər edəcəyini bildirib.
Ulu öndər Heydər Əliyevin
Türkiyə ilə münasibətlərə daima
böyük önəm verdiyini xatırladan Zakir Qaralov qeyd
edib ki, iki qardaş ölkə arasındakı hərtərəfli
əməkdaşlıq əlaqələri dövlət
başçıları İlham Əliyev və Rəcəb
Tayyib Ərdoğanın rəhbərliyi altında surətlə
inkişaf edir.
Sabir Şahtaxtı,
Azərbaycan.-2015.- 18 mart.- S.6.