Prezident İlham
Əliyev Bakı Olimpiya Stadionu
ətrafında inşası davam etdirilən
yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub
Martın
18-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası
davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə
tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görülüb. Çəkilən ikinci yolun ümumi uzunluğu 1 kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 3 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu 176 metr, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 143 metrdir. Bundan başqa, uzunluğu 900 metrə yaxın olan piyada keçidi də inşa edilib, iki tunel tikilib.
Azərbaycan Prezidentinə Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun ikinci hissəsində görülən işlərlə də bağlı məlumat verildi.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində ümumi uzunluğu 5
kilometrə yaxın yol çəkilib. Bu yol boyunca da
bir körpü və iki tunel
tikilib. Tuneldən keçən yollar
Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini
birləşdirib.
Prezident
İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə
aparılması ilə
bağlı tapşırıqlarını
verdi.
Azərbaycan .-2015.- 19 mart.- S.2.