Azərbaycan Prezidenti İlham Əliyev
Gəncənin
11 yaşlı sakini Ümid
Həbibovla görüşüb
Martın
19-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri
Gəncənin 11 yaşlı sakini Ümid Həbibovla
görüşüblər.
Xatırladaq ki, 2014-cü il oktyabrın 18-də Gəncədə səfərdə olarkən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhərin gənc sakini Ümid Həbibovla görüşmüşdülər.
Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 19-da ad günü münasibətilə Ümid Həbibovu Prezident Sarayına çay süfrəsinə dəvət ediblər.
Prezident
İlham Əliyev:
Salam.
Mehriban Əliyeva: Salam. Təbrik edirəm. Necəsən?
Ümid
Həbibov: Sağ olun, yaxşıyam.
Mehriban Əliyeva: Gəlin, şəkil çəkdirək.
Prezident
İlham Əliyev: Biz
səninlə keçən
il Gəncədə
görüşmüşdük. Sən də bizi ad gününə dəvət
etdin. Mən də dedim çalışacağam
ki, gəlim. Amma görürsən, bu gün biz Novruz bayramını qeyd edirik, ona görə
gələ bilmədim.
İndi səni Bakıya dəvət etmişəm,
sən də gəlmisən.
Ümid
Həbibov: Mən də Sizi qarşıdan
gələn Novruz bayramı münasibətilə
təbrik edirəm. Daim ölkəmizin başında
olasınız.
Prezident
İlham Əliyev: Sağ ol. Mən də
səni təbrik edirəm. Xahiş edirəm mənim
təbriklərimi bütün
Gəncə sakinlərinə
çatdırasan. Sən çox
gözəl oğlansan.
Eşitmişəm ki, yaxşı
oxuyursan. Çox şadam
ki, gözəl gənclər, uşaqlar yetişir. Gələcəkdə sənin kimi
uşaqlar ölkəmizi
idarə edəcəklər.
Doğum
günün münasibətilə
bəzi hədiyyələrimiz
də var. Mən bu saatı öz
adımdan sənə
bağışlayıram.
Mehriban Əliyeva: Bu saat səndə yadigar qalacaq. Burada yazılıb, “Ad günün münasibətilə”.
Prezident
İlham Əliyev hədiyyəni təqdim edərək dedi: Təxminən mənim saatıma oxşayır. Eyni olmasa da oxşayır.
Ümid
Həbibov: Sizin məni Prezident Sarayına dəvət etməyinizin, mənimlə
görüşməyinizin özü elə çox böyük hədiyyədir.
Leyla Əliyeva
və Arzu Əliyeva da Ümid Həbibova hədiyyələr təqdim
etdilər.
Sonra dövlətimizin
başçısı və
ailə üzvləri
Ümid Həbibovla çay süfrəsi arxasında söhbət etdilər.
Ümid
Həbibov: Təşəkkür
edirəm. Cənab Prezident, səhv etmirəmsə, Siz bu il martın 17-də Türkiyənin
Qars şəhərində
TANAP layihəsinin təməlini
qoydunuz. Mən Sizə, ölkəmizə
uğurlar arzu edirəm. Mehriban xanım, Siz
də dünən cənab Prezident ilə bərabər Bakı Olimpiya Stadionunu açılışında
iştirak etdiniz.
Mən Sizi televiziya vasitəsilə izlədim.
Sizi birinci Avropa Oyunları münasibətilə
təbrik edirəm.
Bu Oyunlar ilk dəfə
bizdə keçirilir.
Ölkəmizin idmançılarını təbrik edir, onlara uğurlar arzulayıram.
Prezident
İlham Əliyev: Sən də Oyunlara gəl.
Mehriban Əliyeva: Biz də səni Oyunlara dəvət edirik. Oyunların açılışını və bütün yarışları izləyərsən.
Prezident
İlham Əliyev: Görürəm, sən də bizim fəaliyyətimizi
izləyirsən. TANAP-dan danışdın, bütün Azərbaycan xalqı, sənin kimi uşaqlar gələcəkdə bu layihədən bəhrələnəcəklər.
Mehriban Əliyeva: Sən indi neçənci sinifdə oxuyursan?
Ümid
Həbibov: Beşinci sinifdə.
Mehriban Əliyeva: Beşinci sinfi bitirib, altıncı sinfə keçirsən. Xarici dilləri öyrənirsən?
Ümid
Həbibov: Bəli. Mən dördüncü sinfədək
zəif idim. Bildiyiniz kimi, mən Gəncə şəhər
27 saylı məktəb-liseydə
xüsusi istedadlıların
sinfinə imtahan verərək, dördüncü
sinifdə oraya qəbul olunmuşam.
Dördüncü sinfi bitirəndən
sonra indi orada oxuyuram.
Mehriban Əliyeva: Orada ingilis dili keçirsiniz?
Ümid
Həbibov: Bu ildən
ingilis dilinə, rus dilinə başlayırıq.
Mehriban Əliyeva: Əla, rus dilini də
öyrənirsən.
Prezident
İlham Əliyev: Rus dilini öyrənirsən,
çox yaxşı.
Bəs ümumiyyətlə necə
oxuyursan?
Ümid
Həbibov: Dərslərimiz
yüksək səviyyədə
keçirilir.
Prezident
İlham Əliyev: Sənin üçün
tort bişiriblər.
Mehriban Əliyeva: Ad günü tortunu sən gərək özün kəsəsən.
Ümid Həbibov və xanım Mehriban Əliyeva tortu kəsdilər.
Prezident İlham Əliyev: Gəncədə işlər necədir, yaxşıdır?
Ümid Həbibov: Bəli, çox yaxşıdır. Şəhərimiz gündən-günə gözəlləşir.
Prezident İlham Əliyev: Çox gözəl. Mən hər il Gəncədə oluram. Keçən il orada təsadüfən səninlə görüşdük və çox yaxşı bir görüş oldu. Dərhal gördüm ki, sən çox istedadlı, Vətənə bağlı və bilikli uşaqsan. Mənim fəaliyyətimi də izləyirsən.
Ümid Həbibov: Atam da daim xəbərləri izləyir. Mən də onunla bərabər izləyirəm.
Prezident
İlham Əliyev: Bakıda olmusan?
Ümid
Həbibov: Bəli, bir neçə dəfə olmuşam. Hətta İçərişəhərə də getmişəm.
Qız qalasına girə bilməsəm də, görmüşəm.
Prezident
İlham Əliyev: Çox yaxşı. İndi Qız qalası təmirdən sonra açılıb, gedib baxa bilərsən. Bakıda görməli yerlər çoxdur.
Ümid
Həbibov: Bəli, Heydər Əliyev Mərkəzi ilə də tanış
oldum.
Mehriban Əliyeva: Orada yaxşı maşın sərgisi var, ona baxdın? Maraqlıdır.
Ümid
Həbibov: Bəli, gördüm. Ulu öndər Heydər
Əliyevin istifadə
etdiyi maşınları
da gördüm.
Prezident
İlham Əliyev: Gəncədə də görməli yerlər, tarixi abidələr çoxdur. Gəncə indi çox
sürətlə inkişaf
edir.
Ümid
Həbibov: Elə bizim məktəbin yanında da çoxlu sayda tarixi abidələr var.
Sonra xatirə
şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.-2015.- 20 mart.- S.3.