Tunis Respublikasının
Prezidenti Zati-aliləri
cənab Beji Kaid əs-Sebsiyə
Hörmətli cənab Prezident,
Tunis Respublikasının milli bayramı – Müstəqillik günü
münasibətilə Sizi
və xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı
dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı bundan sonra da xalqlarımızın
rifahına töhfələr
verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Tunis xalqına
sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 mart 2015-ci il.
Azərbaycan.-2015.- 20 mart.- S.3.