Türkiyədə “Türk
xalqları mədəniyyətində qadın mövzusu”
adlı beynəlxalq simpozium
keçirilmişdir
Türkiyədə Motiv Xalq Oyunları, Təhsil və Öyrənim Vəqfinin təşkilatçılığı ilə Urfa şəhərindəki Harran Universitetində “Türk xalqları mədəniyyətində qadın mövzusu” adlı beynəlxalq simpozium keçirilmişdir. Simpoziumda Türkiyə, Azərbaycan, Rusiya, İran, İraq, Şimali Kipr, Bosniya və Herseqovina, Kosovo, Qazaxıstan, Qırgızıstan, Tatarıstan, Krım və digər ölkələrdən gəlmiş alimlər iştirak etmişlər.
Simpoziumda azərbaycanlı alimlərdən professor İlqar İmamverdiyev “Azərbaycanın saz-söz sənətində qadın aşıqlar”, dosent Əbilfəs Əzimli “Qarabaglı şair Fatma Kəminə”, professor Gülnaz Abdullazadə “Dünya dastanlarında fərqli qadın obrazları”, professor Tamella Abbasxanlı “Türkiyə-Azərbaycan xalq şeirində qadınlar”, professor Babək Qurbanov “Üzeyir Hacıbəylinin əsərlərində qadın mövzusu”, dosent Mərziyə Nəcəfova “Qadın şairlərin əsərlərində vətən mövzusu”, Züleyxa Abdulla “Azərbaycanlı qadınların dünya musiqi mədəniyyətində rolu” mövzularında çıxış etdilər. Azərbaycanlı alimlərin çıxışları maraqla qarşılandı. Dünyanın müxtəlif ölkələrindən gələn alimlər onlara suallar verdi, Azərbaycan, Qarabağ haqqında həm siyasi, həm ədəbi məlumatlar aldılar.
Simpozium başa çatandan sonra Harran Universitetinin böyük salonunda xalq mahnılarından ibarət konsert oldu. Konsertdə ən
çox səslənən
Bursanın Uludağ Universitetinin konservatoriyasında
təhsil alan
tələbələrin ifa
etdikləri Azərbaycanın
el havaları oldu.
Sonda Haliliyə bələdiyyə
başqanı Fevzi Dəmirqolun Azərbaycandan
gələn alimlərlə
görüşü oldu.
Başqan Azərbaycanın
gündən-günə inkişaf
etməsinə, dünyada
tanınmasına çox
sevindiyini dedi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə görülən
işlərin önəmindən
danışdı və
bundan qürur duyduğunu bildirdi.
Simpoziumun sonuncu günü qonaqlar Urfa şəhərinin
görməli yerlərində
oldular.
Tamilla ƏLİYEVA,
“Azərbaycan” qəzetinin Türkiyə təmsilçisi
Azərbaycan.-2015.-
20 mart.- S.15.