Prezident İlham
Əliyev İrlandiyanın Azərbaycanda yeni
təyin
olunmuş
səfirinin etimadnaməsini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 28-də
İrlandiya Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Brendan Uardın etimadnaməsini qəbul edib.
Səfir Brendan Uard fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Brendan Uard etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə Azərbaycan ilə İrlandiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün
yaxşı potensialın
olduğu bildirildi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata
keçirilməsi, digər
sahələrdə əlaqələrin
inkişaf etdirilməsi
və bu istiqamətlərdə işlərin
həyata keçirilməsi
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Bakıda
Birinci Avropa Oyunlarının keçirilməsi
ilə bağlı məsələlər ətrafında
söhbət zamanı
səfir bu Oyunlara ölkəsinin idmançılarının hazırlıqları
barədə Prezident İlham Əliyevə məlumat verdi.
Azərbaycan.-2015.-
30 mart.- S.1.