Prezident İlham
Əliyev Perunun Azərbaycanda yeni
təyin
olunmuş səfirinin
etimadnaməsini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 28-də
Peru Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Xorke Abarka del Karpionun etimadnaməsini qəbul edib.
Səfir Xorke Abarka del Karpio fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xorke Abarka del Karpio etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Xorke Abarka del Karpio paytaxtımızda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. O, Latın Amerikası ölkələrində Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərildiyini vurğuladı.
Görüşdə Azərbaycan
ilə Peru arasında ikitərəfli əlaqələrin
müxtəlif istiqamətlərdə, o
cümlədən sərmayə qoyuluşu,
biznes, turizm və digər
sahələrdə inkişaf etdirilməsi
ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2015.- 30 mart.- S.1.