Yunanıstan Respublikasının Prezidenti
Zati-aliləri cənab Prokopis Pavlopulosa
Hörmətli cənab Prezident,
Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik
günü münasibətilə
Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha
da möhkəmləndirilməsi
və əməkdaşlığımızın
əhatə dairəsinin
genişləndirilməsi istiqamətində
atdığımız addımlar
bundan sonra da xalqlarımızın rifahına töhfələr
verəcəkdir.
Belə
bir əlamətdar gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Yunanıstan xalqına
daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 mart 2015-ci il.
Azərbaycan.-2015.- 30 mart.- S.2.