Pakistan İslam
Respublikasının Prezidenti
Zati-aliləri cənab
Məmnun Hüseynə
Milli
bayramınız – Pakistan günü münasibətilə Sizə
və Sizin simanızda bütün xalqınıza öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimi yetirirəm.
Azərbaycan-Pakistan
münasibətləri xalqlarımızın iradəsindən
qaynaqlanır. İnanıram ki, zamanın sınaqlarından
çıxmış, qarşılıqlı etimad və dəstəyə
əsaslanan münasibətlərimizin daim qorunub saxlanması,
ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın
daha da dərinləşməsi bundan sonra da
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizin
Azərbaycana səfərinizi, keçirdiyimiz
görüşləri, apardığımız fikir
mübadiləsini məmnunluqla xatırlayıram. Əminəm
ki, səfəriniz münasibətlərimizin yeni mərhələyə
yüksəlməsinə güclü təkan verəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq
və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 19 mart 2015-ci il.
Azərbaycan.-2015.- 30 mart.- S.1.