Almaniya Federativ Respublikasının Federal
Kansleri Zati-aliləri xanım Angela Merkelə
Hörmətli xanım Federal Kansler,
"Germanwings" şirkətinə
məxsus A320 təyyarəsinin
qəzaya uğraması
nəticəsində çoxlu
sayda həmvətəninizin
həlak olması xəbəri məni olduqca sarsıtdı.
Bu faciə ilə
əlaqədar dərdinizi
bölüşür, Sizə,
həlak olanların ailələrinə və
yaxınlarına, bütün
Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 mart 2015-ci il.
Azərbaycan.-2015.-
30 mart.- S.2.