Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin
əməkdaşlarına
ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilsin:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Vəli Məmiş
oğlu Ələsgərova
general-mayor Elçin Ərsalan
oğlu Əliyevə
general-mayor Fərhad Hüseyn
oğlu Vahabova
general-mayor ali hərbi rütbəsi
polkovnik Vüqar Zülfüqar oğlu Allahquliyevə.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2015-ci il.
Azərbaycan.-2015.-
30 mart.- S.2.