“Məhkəmə və hüquq
mühafizə orqanları işçilərinin dövlət
müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1010-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 2, maddə 57; 2001, ¹ 11, maddə 683, ¹ 12, maddə 736; 2007, ¹ 7, maddə 712; 2008, ¹ 8, maddə 695; 2009, ¹ 12, maddə 966; 2011, ¹ 6, maddə 475; 2012, ¹ 6, maddə 520, ¹ 11, maddə 1043) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin birinci hissəsinin 1-ci bəndindən “, andlı iclasçılar” sözləri çıxarılsın.
2. 12-ci maddənin birinci hissəsinin 3-cü bəndindən “, andlı iclasçıların” sözləri, ikinci hissəsinin 1-ci bəndindən “andlı iclasçılar,” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2015-ci il
Azərbaycan.-2015.- 30 mart.- S.3.