“Məhkəmə və hüquq
mühafizə orqanları işçilərinin dövlət
icbari şəxsi sığortası
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1010-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 10, maddə 569; 2001, ¹ 12, maddə 736; 2005, ¹ 8, maddə 692; 2006, ¹ 11, maddə 928; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 8, maddə 695, ¹ 11, maddə 960; 2009, ¹ 12, maddə 966; 2013, ¹ 4, maddə 357; 2014, ¹ 1, maddə 8, ¹ 4, maddə 337; Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1132-IVQD nömrəli Qanunu) 2-ci maddəsindən “andlı iclasçılar,” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2015-ci il
Azərbaycan.-2015.- 30 mart.- S.3.