Azərbaycan Milli Elmlər
Akademiyasının
prezidenti Vatikanda səfərdə
olub
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif
Əlizadə naşir Sandro Teti və Vatikanın Salesian
Universitetinin prorektoru, professor Qianfranko Koffelin dəvəti ilə
Vatikanda səfərdə olub.
AMEA-dan
AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində
A.Əlizadə Müqqədəs Pyotr Məbədinin tikintisi
ilə bağlı XVI əsrə aid bütün sənədlərin
saxlandığı “Fabrika di San Pietro” arxivində məşhur
arxitektorlar Mikelancelo ve Berninin qədim əlyazmaları ilə
tanış olub.
Akademik
A.Əlizadə Vatikana səfər edən bütün
dövlət başçılarına Papa tərəfindən
hədiyyə edilən mozaikaların
hazırlandığı Vatikan Mozaika Studiyasına da baş
çəkib.
A.Əlizadə
İtaliyanın görkəmli geoloqlarından biri, İtaliya
Elmlər Akademiyasının üzvü, professor Annibal Mottana
və Roma Universitetinin rektoru, professor Mario Panizza ilə də
görüşüb. Vatikana səfərindən məmnunluğunu
ifadə edən A.Əlizadə keçirilən
görüşlərin elmi əlaqələrin genişlənməsinə
töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan.-2015.- 30 mart.- S.6.