“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi

haqqında” Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993, ¹ 2, maddə 40; 1994, ¹ 18, maddə 246; 1995, ¹ 22, maddə 359; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 241; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 2, maddə 74) 8-ci maddəsinin üçüncü hissəsinin dördüncü abzasına “orderi” sözündən sonra “və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 24 fevral 2015-ci il

Azərbaycan.-2015.- 31 mart.- S.2.