Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddə 203; 2001, ¹ 1, maddə 26, ¹ 3, maddə 149, ¹ 6, maddə 375; 2002, ¹ 5, maddələr 237, 241; 2003, ¹ 1, maddə 14; 2004, ¹ 2, maddə 59, ¹ 4, maddə 212; 2006, ¹ 6, maddə 478; 2007,  ¹ 1, maddə 3; 2008, ¹ 3, maddə 154, ¹ 12, maddə 1048; 2009, ¹ 2, maddə 36) 19-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsinə “torpağın ayrılması” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 13 fevral 2015-ci il

Azərbaycan.-2015.- 31 mart.- S.3.