Nəqliyyat naziri
Şamaxıda vətəndaşları qəbul edib
Prezident
İlham Əliyevin tapşırıq və tövsiyələrinə
əsasən mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərləri respublikamızın şəhər və
rayonlarında vətəndaşları qəbul edir,
onların müraciət və təkliflərini dinləyir,
operativ tədbirlər görürlər.
AZƏRTAC
xəbər verir ki, növbəti belə qəbul nəqliyyat
naziri Ziya Məmmədov tərəfindən martın 30-da
Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində
keçirilib. Qəbulda Şamaxı və Qobustan
rayonlarından olan vətəndaşların müraciətlərinə
baxılıb.
Nazir
Ziya Məmmədov əvvəlcə şəhərin mərkəzindəki
ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Nazirliyin
müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri
qəbulda vətəndaşların müraciətləri əsasən
bölgələrdə nəqliyyatla bağlı çətinliklər,
rayonlararası və kənddaxili yolların, körpülərin
təmiri, işlə təminat və digər məsələlərlə
bağlı olub. Qaldırılan məsələlərin əksəriyyəti
yerindəcə həllini tapıb. Araşdırılması
zəruri olan bəzi məsələlər isə nəzarətə
götürülərək həlli üçün aidiyyəti
şəxslərə konkret tapşırıqlar verilib. Nazirliyin
səlahiyyətinə aid olmayan bir sıra müraciətlər
isə müvafiq orqanlara çatdırılmaq
üçün qeydiyyata alınıb.
Qəbula
gələnlər yaradılan şəraitə, onlara göstərilən
diqqətə görə razılıq edərək, bölgələrdə
bu cür qəbulların təşkilinin təşəbbüskarı
olan Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər.
Azərbaycan.-2015.- 31 mart.- S.5.