Milli Konstitusiyamızın yaradıcısı

 

Tarixi faktlar təsdiq edir ki, ali hüquqi səciyyə daşıyan əsas qanun kimi konstitusiyalar cəmiyyətin inkişafının və tərəqqisinin doğurduğu zərurətdən yaranır. Bu baxımdan milli tariximizdə çoxsaylı dövlətlər, xanlıqlar, imperiyalar fəaliyyət göstərsə də, ölkəmizin Əsas Qanunu kimi Konstitusiyamız ilk dəfə olaraq 1921-ci ildə təşəkkül tapmışdır. Müstəqillik illərinin Konstitusiyası isə ulu öndər Heydər Əliyevin bilavasitə şəxsi fəaliyyətinin, iti zəkasının, müdrik siyasətinin, böyük dövlətçilik təcrübəsinin nəzəri və təcrübi dühasının təcəssümü kimi tarixə düşmüşdür. 1978 və 1995-ci illərdə qəbul edilmiş iki Konstitusiyanın hazırlanmasında və qəbulunda məhz dahi rəhbərin misilsiz xidmətləri xüsusi olaraq qeyd edilməlidir. Milli Konstitusiya yaradıcılığı elminin əsası da məhz ulu öndər tərəfindən qoyulmuşdur.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ən demokratik yolla - referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası hüquqi və elmi-nəzəri baxımdan son dərəcə mükəmməl hazırlanmış əsas qanunlardan biri kimi ölkədə dövlət quruculuğunun, hüquq sistemininqanunçuluğun yenidən qurulmasının təməlini qoydu. Burada nəzərdə tutulmuş müddəalar təcrübi olaraq reallaşdırılmağa başlandı. Konstitusiya dövlət və şəxsiyyətin qarşılıqlı münasibətlərini, ölkədə dövlət hakimiyyətinin və yerli özünüidarəetmənin təşkilinin əsaslarını göstərir, qanunvericilikhüquq sistemində yaranan ictimai münasibətləri tənzimləyir. Bu sənəd insanın cəmiyyətin ən ali dəyəri kimi hüquq və azadlıqlarının sistemini və müdafiə mexanizmlərini müəyyənləşdirir. Ölkədə ali hüquqi statusa malik olan normativ-hüquqi akt kimi qanunvericiliyin ən yuxarı iyearxiyasında dayanır. Ölkədə bütün normativ-hüquqi aktlar ona müvafiq olaraq hazırlanır, ali hüquqi qüvvəyə malik olan sənəd kimi cəmiyyətin həyatında aparıcı əhəmiyyət daşıyır. Ölkədə heç bir normativ-hüquqi akt Konstitusiyanın müddəaları ilə ziddiyyət təşkil edə bilməz. Onun aliliyi öz tərkibində və strukturunda təcəssüm etdirilən normalarla müəyyən olunur. Konstitusiya ölkə vətəndaşlarının iradəsinin ifadəsi olmaqla siyasi qüvvələr arasında barışığın, sülhünkonsensusun əsasında dayanır, siyasi qüvvələrin maraqlarını bərabər surətdə təmsil edir.

Heydər Əliyevin Azərbaycan hakimiyyətində olduğu birinci dövrün - 1969-1982-ci illər dövrünün təhlili göstərir ki, ulu öndərin dövlət quruculuğuhüquq siyasəti, ordu quruculuğukadr siyasəti, iqtisadiyyat və mədəniyyət, təsərrüfat və sənaye sahələrindəki ardıcıl və uzaqgörən fəaliyyəti mahiyyət etibarilə Azərbaycan dövlətinin gələcək müstəqilliyinin əsaslarının yaradılmasına və inkişafına hesablanmışdır. İttifaq dövlətinin tərkibində olmasına baxmayaraq, böyük vətənpərvər Heydər Əliyev Azərbaycanda müstəqil siyasət yeridir, ölkənin maddi-texniki imkanlarının gələcək müstəqilliyi təmin edəcək səviyyədə formalaşması üçün mümkün olan bütün tədbirləri görürdü. Respublikada qayda-qanun yaradılmasına xüsusi diqqət yetirir, SSRİ-də dövlət həyatının və quruculuğunun bütün istiqamətlərində Azərbaycanın nümunəvi olmasına çalışırdı. Bu da təsadüfi deyildi. Ulu öndər 1941-ci ildən başlayaraq hüquq-mühafizə orqanlarında fəaliyyətə başlamış, xüsusi ali təhsil almışdı. Qanun, qanunçuluq, ədalət, prinsipiallıq və qətiyyət Heydər Əliyevin böyük fəaliyyətinin əsas xarakterik xüsusiyyətləri idi.Qoy ədalət zəfər çalsın!” şüarı həmin illərdə böyük Sovetlər İttifaqında əsl devizə çevrilmişdi və ədalətə çağırış idi. Bu illərdə ulu öndər dövlət hakimiyyətinə, ölkə həyatına, hüquq-mühafizə və xidmət qurumlarının fəaliyyətinə, milli kadrların seçilib yerləşdirilməsinə və tərbiyə olunmasına, mənəvi-əxlaqi dəyərlərin qorunmasına üstünlük verir, haqqın, ədalətin təntənəsinə, təhsilə, elmə böyük diqqət yetirirdi. Ölkənin prokurorluqdaxili işlər orqanlarında, məhkəmə sistemində, ticarət və sosial təminat sahələrində, elm və təhsildə, səhiyyədə, bir sözlə, ölkənin və dövlət quruculuğunun taleyüklü məsələlərində Heydər Əliyevin həyata keçirdiyi böyük islahatlar mahiyyət etibarilə müstəqilliyin əsaslarının yaradılmasına istiqamətlənmişdir. Quruculuq işləri respublikanın bütün iqtisadi həyatını əhatə etməklə yanaşı, hüquq sistemi, sözün əsl mənasında, yenidən qurulurdu. 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Əsas Qanununun - Konstitusiyanın hazırlanması, müzakirəsi və qəbulunda müstəqil dövlət elementlərinin, milli-mənəvi dəyərlərin qorunub saxlanması kimi mühüm məsələlərin uğurlu həlli məhz onun böyük xidmətlərinin, uzaqgörən siyasətinin və qətiyyətinin nəticəsi idi. Heydər Əliyev hələ o dövrdə, kommunist ideologiyasının hökmran olduğu bir zamanda milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına xüsusi diqqət yetirirdi. Azərbaycan dilinin dövlət dili kimi status qazanması da məhz böyük rəhbərin iradəsi, qətiyyəti və cəsarəti ilə mümkün oldu.

Kommunist Partiyasının siyasi səhnədən getməsi vaxtının çatdığını, bəlkə də hamıdan əvvəl böyük həssaslıqla dərk edən Heydər Əliyev onun sıralarını hələ Moskvada ikən ilk tərk edənlərdən oldu. Bakıda törədilən qanlı qırğınlara, ermənilərə göstərilən ədalətsiz himayədarlığa etiraz əlaməti olaraq bu addımın atılması sadə məsələ deyildi.

SSRİ-nin dağılması prosesi başa çatdıqdan sonra respublikada Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı, formalaşmış idarəçilik strukturlarının iflic vəziyyətə düşməsi, iqtisadi əlaqələrin kəsilməsi, xarici təsirlər, səriştəsizlik, qabiliyyətsizlik və qeyri-peşəkarlıq şəraitində ölkə böhran vəziyyətinə düşdü. Müstəqillik təhlükə altına alındı. Vətəndaş müharibəsi, qarşıdurmalar, siyasi qətiyyətsizlik ölkəni idarəedilməz bir vəziyyətə saldı. Çıxış yolu isə ya görünmürdü, ya da yeganə ümid yolu kimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında idi. Vəziyyət də gündən-günə ağırlaşır və mürəkkəbləşirdi. Belə bir tarixi məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin üzərinə çox ağır və məsuliyyətli vəzifələr düşürdü.

Tədqiqatlar göstərir ki, Heydər Əliyev dövlət quruculuğuhüquq sisteminin müasir tələblər baxımından qurulmasında yorulmaz fəaliyyət və qətiyyət göstərmişdir. Ümumiyyətlə, ümummilli liderin apardığı islahatlar öz dünyəviliyi, bəşəriliyi, sistemliliyi və mükəmməlliyi ilə əhəmiyyətli dərəcədə fərqlənirdi. Ulu öndər əslində, zəngin dövlətçilik təcrübəsindən, yüksək elmi-nəzəri və müasir baxışlarından, informasiya məlumatlarının mükəmməlliyindən və etibarlığından böyük məharətlə istifadə edirdi. Ümummilli lider hər hansı bir sənədi, qanun layihəsini, normativ-hüquqi aktı hazırlayarkən, nəzərdən keçirərkən, dünya təcrübəsini, tarixi ənənələri, milli-mənəvi dəyərləri, mütərəqqi fikri dərindən öyrənir, ən mükəmməl qanunların hazırlanmasına böyük diqqət yetirirdi. Bu baxımdan ulu öndərin Konstitusiya layihəsinin müzakirəsi ilə bağlı keçirdiyi 5 iyun, 26 iyul, 16 avqust, 3 oktyabr, 12 oktyabr, 14 oktyabr, 2 noyabr, 5 noyabr, 10 noyabr 1995-ci il tarixli müzakirələr, məsləhətləşmələr, müzakirələrdə səslənən irad və tövsiyələr son dərəcə böyük maraq kəsb edir. Ulu öndər Konstitusiyanın bütün əsas məzmunu, bölmələri, fəsilləri və müddəaları ilə bağlı olaraq ciddi müzakirələr açmış, arqumentləri, iradları dinləmiş, onları saf-çürük etmiş, fikir müxtəlifliyinə, milli dəyərlərə və dünya təcrübəsinə əsaslanaraq nəticədə ən obyektiv və ədalətli hesab edilən hüquqi normaların Konstitusiyada əks olunmasını təmin etmişdir. Böyük rəhbər Konstitusiyanın layihəsi ilə bağlı çoxsaylı təklifləri, o cümlədən müxalifətyönümlü siyasi qurumların təkliflərini diqqətlə araşdırır, gəldiyi nəticələri, referendumun müzakirəsinə çıxarılan prinsipial müddəaları həm təhlil edir, həm də onlara aydınlıq gətirirdi. Azərbaycanda elə bir əmək kollektivi, elə bir yaşayış yeri yox idi ki, Konstitusiyanın layihəsi orada müzakirə edilməsin, təkliflər irəli sürülməsin. Azərbaycanın dövlət quruculuğu, idarəçilik sistemi, mülkiyyət münasibətləri, Konstitusiyanın qəbul qaydası, parlamentin səlahiyyəti, deputatların sayı, seçki sistemi, siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi və digər mübahisəli məqamlarla bağlı ulu öndərin fikir və mülahizələrinin əsaslı və uzaqgörən olduğu ötən tarixi dövr ərzində bir daha sınaqdan çıxdı, ədalətli və mötəbər olduğunu tam təsdiq etdi. Bütün bunlar Heydər Əliyev siyasətinin demokratikliyinə, ədalətliliyinə, hüquqsevərliyinə bariz nümunələrdir.

1993-1995-ci illər müasir Azərbaycan tarixinə dövlət müstəqilliyinin qorunub saxlanması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyinqanunun aliliyinin bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti olduümummilli liderə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

Hüquq sistemində müstəsna əhəmiyyət kəsb edən ordu quruculuğu, hüquq-mühafizə sisteminin təşkilati-hüquqi əsaslarının yaradılması, özəlləşdirmə siyasəti, azad sahibkarlığın hüquqi tənzimlənməsi, vergigömrük qanunvericiliyinin, prokurorluğun, polisin, milli təhlükəsizlik orqanlarının yaradılması və inkişafında Heydər Əliyevin misilsiz tarixi xidmətləri olmuşdur. Ölkədə baş verən separatizmdini təmayüllü kriminal proseslər, dövlət çevrilişinə cəhd hadisələri ulu öndərin “böyük hakimiyyət ustası” olduğunu, dövlətçilik təcrübəsinin və peşəkarlığının beynəlxalq səviyyəsi haqqında tam təsəvvür yaradır və verilən yüksək qiymətləri bir daha təsdiq edir. Ümummilli lider ölkə həyatında baş verən ictimai-siyasi prosesləri hüquqqanunlar vasitəsilə tənzimlənməsinə böyük üstünlük verməklə yanaşı, iradları və təklifləri ilə proseslərin uğurluqanuni məcraya yönəldilməsi yolu ilə həllinə üstünlük verirdi. Ölkənin ən çətin günlərində böyük rəhbər xalqla birlikdə idi. Yüksək potensial imkanlaramüasir silahlara sahib olanqanuni hakimiyyəti devirməyə çalışan qüvvələrlə Heydər Əliyev böyük cəsarətlə üzbəüz gəldi. Bu zaman ulu öndər həmişəki kimi üzünü doğma xalqına tutaraqAyağa qalxın! Azərbaycanı dağıtmaq, məhv etmək istəyirlər!” - çağırışı ilə müraciət etdi. Ulu öndərin bu çətin gündə etdiyi çağırışa on minlərlə həmvətənimiz qoşuldu və Azərbaycanı sözün əsl mənasında, parçalanmaqdan xilas etdi. Ulu öndər “xalqın və dövlətin xilaskarı” missiyasını fəth etdi və tarixə çevrildi. “Mən ömrümün qalan hissəsini xalqıma bağışlamışam” - deyən ulu öndər öz müdrikliyi, fədakarlığı, cəsarəti və dəyanəti sayəsində son dərəcə fəlakətli vəziyyətdə olan Azərbaycan xalqını və müstəqil Azərbaycan Respublikasını xilas edə bildi.

Heydər Əliyevin qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi, hüquq pozuntuları və cinayətkarlıqla mübarizənin səmərəli təşkilini təmin edən fərmanları, sərəncamları və qərarları ölkədə hüquqi dövlət quruculuğu sahəsində mühüm əhəmiyyətə malik oldu. Belə ki, ulu öndərin ölkədə hüquq və dövlət idarəetmə sistemində islahatların aparılması haqqında sərəncamları buna misal ola bilər. Ümummilli lider hüquq-mühafizə orqanlarının əməkdaşlarına böyük qayğı və diqqət göstərməklə yanaşı, həm də ciddi tələbkarlıq göstərir və məsuliyyət tələb edirdi. Ölkə BMT-nin və digər beynəlxalq təşkilatların üzvlüyünə qəbul olundu, həm də üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu sübuta yetirdi. “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Notariat haqqında”, “Bələdiyyələr haqqında” normativ-hüquqi sənədlərin qəbulu Azərbaycan Respublikasında ədalət mühakiməsinin beynəlxalq səviyyədə təşkili ulu öndərin xidmətlərinin nəticəsi idi. Ölkədə üçpilləli məhkəmə sisteminin yaradılması, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar məcəllələrinin hazırlanması və qəbulu, vəkillik institutunun təkmilləşdirilməsi, “Dövlət qulluğu haqqında” qanunun qəbul edilməsi, “Sosial təminat hüququ haqqında”, “Vicdan azadlığı haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Özəlləşdirmə haqqında” və onlarca digər qanunların, Torpaq Məcəlləsinin, Əmək Məcəlləsinin, Gömrük Məcəlləsinin, Vergi Məcəlləsinin və başqa normativ-hüquqi aktların hazırlanması məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsi idi.

Ümummilli liderin insan hüquq və azadlıqlarının təminatı sahəsində gördüyü ardıcıl və səmərəli tədbirlər xalqımızın tarixində misilsiz xidmətlər kimi yadda qalmışdır. Ulu öndərin “Azərbaycan Respublikası ilə Avropa Şurasının əməkdaşlığının dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” 20 yanvar 1998-ci il tarixli sərəncamı, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il fərmanı, eləcə də ölüm hökmünün ləğv edilməsi haqqında qərarı xalqımızın tarixində yaddaqalan hadisələrdəndir. Azərbaycan Respublikasının referendum yolu ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları, hətta BMT-nin 10 dekabr 1948-ci il Bəyannaməsində nəzərdə tutulduğundan daha mükəmməl və geniş formada təsbit edildi. Bu siyasətin ardıcıl, sistemli və beynəlxalq səviyyədə həyata keçirilməsi də məhz ulu öndərin xidmətləri idi. 1993-cü ilin iyun ayından başlayaraq ölüm cəzasının icrasına moratorium qoyulmuş, Şərqdə, eləcə də Azərbaycan tarixində ilk dəfə olaraq ən ağır cəza - ölüm cəzası 10 fevral 1998-ci ildə ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildi. Azərbaycan Respublikasında insan hüquqları üzrə müvəkkillik institutununKonstitusiya Məhkəməsinin yaradılması da məhz ümummilli liderin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev son dərəcə ciddi, qanunsevər, ədalətli, qətiyyətli bir rəhbər olmaqla yanaşı, həm də insanpərvər və humanist bir dövlət xadimi idi. Ölkədə aztəminatlı ailələrin, veteranların, əlillərin sosial məişət şəraitini yaxşılaşdırmaq, sosial təminat hüququnun müasir tələblər səviyyəsində həyata keçirilməsi sahəsində ardıcıl və səmərəli tədbirlər görülmüşdür. Ulu öndər hələ SSRİ dövründə Dövlət Təhlükəsizlik Komitəsində işləyəndə də həmişə haqqın və ədalətin keşiyində ayıq-sayıq dayanmış, milli-mənəvi və əxlaqi dəyərlərimizin, millətin ən yaxşı oğullarının əsassız repressiyalardan qorunmasına üstünlük vermişdir. Bir çox insanın ən yüksək - Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin xalq artisti kimi fəxri adlarla təltifində əsl fədakarlıq göstərmişdir. Heydər Əliyevin 15 mart 1996-cı il tarixdə “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” fərmanına müvafiq olaraq görülmüş tədbirlər nəticəsində yalnız Azərbaycan Respublikasından repressiyaya məruz qalmış 79852 nəfərin 25524 nəfəri təmizə çıxarılmış və onlara bəraət verilmişdir. Ulu öndərin təşəbbüsü ilə hələ 1994-cü ildə “əfv institutu” yenidən bərpa edildi. Ümummilli liderin hakimiyyətdə olduğu dövrdə verilən əfv fərmanları əsasında minlərlə adam azad cəmiyyətə qayıtmış və onların dövlət quruculuğunda iştirakına şərait yaradılmışdır. Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qəbul etdiyi aministiya aktları əsasında 100 minə qədər adam cəzadan azad olunmuş, öz ailəsinə qayıtmışdır. Həmin ənənə bu gündavam etməkdədir.

Ermənistanla münasibətlərdə atəşkəsin elan edilməsi və qorunub saxlanması öz dövrü üçün müdrikoptimal bir yol olmaqla minlərlə həmvətənimizin həyatını mənasız ölümdən xilas etdi, ordu quruculuğu və iqtisadiyyatımız misilsiz dərəcədə möhkəmləndi və xalqın rifahı əsaslı surətdə yaxşılaşdırıldı.

Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur. Hüquq-mühafizə sistemi kimi çətin və məsuliyyətli sahənin təşəkkülü, burada işin yüksək səviyyədə təhlilini təmin edən tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi də məhz ümummilli liderin adı ilə bağlıdır. Bu gün Azərbaycanda dinamik inkişaf, siyasi sabitlik və əmin-amanlıq ulu öndərin yorulmaz fəaliyyətinin təcəssümüdür. Ümummilli liderin böyük siyasəti layiqli varisi İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilir.

Artıq nəinki ölkədə, hətta dünya miqyasında Heydər Əliyevin doğum gününün və hakimiyyətə gəlişinin təntənəli surətdə qeyd edilməsi bir ənənəyə, əsl xalq bayramına çevrilmişdir.

İllər ötür, zaman keçir, bəşəriyyətin və insanlığın tarixinə yeni-yeni səhifələr əlavə olunur. Azərbaycan xalqının və Azərbaycan dövlətinin yaşam tarixində və ömür kitabında Heydər Əliyev tərəfindən yaradılmış bu səhifələr qızıl hərflərlə yazılmışdır.

Bir sözlə, Heydər Əliyevin dövlətçilik tariximizə verdiyi töhfələr, dəyərlər və xidmətlər misilsizdir. Bütün bunlarla diqqətlə tanış olduqda insan ömrünün öz milləti və xalqı üçün bu qədər böyük, nəhəng və əzəmətli işlər görməsinin mümkünlüyü insanı heyrətə gətirir. Bu, yalnız böyük şəxsiyyətin, sözün əsl mənasında, ümummilli liderin dərin zəkası, müdrik məntiqi, milli-mənəvi və əxlaqi gücü, öz xalqına və millətinə sonsuzböyük sevgisi nəticəsində mümkün olmuşdur.

 

Bəhram ZAHİDOV,

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu direktorunun elmi işlər

 üzrə müavini, hüquq elmləri doktoru, professor

Azərbaycan.-2015.- 1 may.-  S.3.