Nəqliyyat naziri vətəndaşların
müraciətlərinin həlli ilə bağlı
tapşırıqlar verib
Aprelin
30-da nəqliyyat naziri Ziya Məmmədov Yardımlı şəhərindəki
Heydər Əliyev Mərkəzində Masallı,
Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları
qəbul edərək, onların şikayət və təkliflərini
dinləyib.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə nazir Ziya Məmmədov
ümummilli lider Heydər Əliyevin abidəsi önünə
gül dəstələri düzərək xatirəsini
ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə
böyük rəhbərin zəngin və mənalı
ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə
tanış olub, şəhər sakinləri ilə
görüşüb.
Vətəndaşların
qəbulunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar
Cəmiyyətinin sədri Cavid Qurbanov, “Azəryolsevis”
Açıq Səhmdar Cəmiyyətinin sədr vəzifəsini
müvəqqəti icra edən Saleh Məmmədov, Dövlət
Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov
iştirak ediblər.
Vətəndaşların
müraciətləri əsasən rayonlararası və kənddaxili
yolların bərpası, dağ çayları üzərində
körpülərin salınması, Cəlilabad rayonunun
Göytəpə şəhərindəki körpünün
təmiri, işlə təmin olunmaq və digər məsələlərlə
bağlı olub.
Qəbul
zamanı qaldırılan məsələlərin əksəriyyəti
yerindəcə həllini tapıb. Vətəndaşların
digər müraciətləri ilə bağlı nazirliyin
aidiyyəti qurumlarının rəhbərlərinə
tapşırıqlar verilib.
Bəzi
vətəndaşların nazirliyin səlahiyyətlərinə
aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri
isə müvafiq təşkilatlara çatdırılmaq
üçün qeydiyyata alınıb və nəzarətə
götürülüb.
Azərbaycan.-2015.- 1 may.- S.4.