Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta
Fondunun
icraçı direktoru müavininin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də
Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini
Mitsuhiro Furusavanın başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Görüşdə
Asiya İnkişaf Bankının Rəhbərlər
Şurasının 48-ci illik toplantısının Bakıda
keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirə
hazırlığın yüksək səviyyədə təşkil
edildiyi bildirildi. Azərbaycanın mötəbər beynəlxalq
tədbirlərin keçirilməsi üçün əlverişli
məkan və bu istiqamətdə yaxşı təcrübəyə
malik olduğu məmnunluqla qeyd edildi.
Söhbət
zamanı Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu
arasında uzunmüddətli uğurlu əməkdaşlığın
önəmi vurğulandı və bu əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2015.- 2 may.- S. 1.