“Beynəlxalq Dəmiryol
Daşımaları haqqında” Konvensiyaya
(KOTİF) qoşulmaq barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası 1999-cu il 3 iyun tarixli Vilnüs Protokolu ilə dəyişikliklər edilmiş 1980-ci il 9 may tarixli “Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya (KOTİF) müvafiq qeyd-şərt və bəyanatlarla qoşulsun.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2015-ci il
Azərbaycan.-2015.- 2 may.- S. 1.