Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı
ilə təsdiq edilmiş
“Qaçqın” statusu verilməsi haqqında vəsatətə
baxılması
Qaydası”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 11, maddə 795; 2004, ¹ 1, maddə 19; 2007, ¹ 8, maddə 765; 2008, ¹ 3, maddə 168, ¹ 8, maddə 722; 2010, ¹ 8, maddə 718, ¹ 9, maddə 770; 2011, ¹ 5, maddə 378) ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissənin ikinci abzası ləğv edilsin.
2. 13-cü hissədən “və Daxili İşlər Nazirliyinə” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 may 2015-ci il
Azərbaycan.-2015.-
2 may.- S.1.