Azərbaycan idmanında yeni
era başlanır
Avropa Oyunlarına 41 gün
qalır
Dünyanın diqqəti yenə də Azərbaycana, onun paytaxtı Bakıya yönəlib. 1994-cü ildən üzübəri dəfələrlə belə olub. Müəllifi ümummilli lider Heydər Əliyev olan yeni neft strategiyasının reallaşmağa başlamasını - “Əsrin müqaviləsi”nin imzalanmasını, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməlinin qoyulmasını və Prezident İlham Əliyevin iştirakı ilə bu boru xəttinə ilk neftin vurulmasını, “Cənub” qaz dəhlizi ilə bağlı, eləcə də müxtəlif mövzularda keçirilən onlarca digər önəmli beynəlxalq tədbiri dünyanın bir çox ölkələrində maraqla izləyiblər. Bu dəfə növbə daha bir mötəbər idman tədbirinin - “Bakı-2015” Birinci Avropa Oyunlarınındır.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi qərarı ölkəmizdə idmanın prioritetlərdən biri olduğunu, əslində yeni bir inkişaf mərhələsinə çatdığını təsdiqləyir.
Azərbaycanda idmanı qədim zamanlardan sevirlər. Yay atan,
qılınc oynadan,
at çapan igidlər,
pəhləvanlar haqqında
rəvayətlər hələ
də yaşayır.
Sovet dönəmində
də fərqlənən,
qələbələr qazanan
idmançılarımız az olmayıb.
Lakin onların uğurları öz adımıza yazılmayıb. Onları Azərbaycan
idmançısı kimi
deyil, SSRİ idmançısı
kimi təqdim edib və tanıyıblar.
İdmançılarımız qələbə qazanıb
Olimpiya çempionları
olanda da, qızıl, gümüş
medallar alanda da nə Azərbaycanın
bayrağı yada düşüb, nə də himni...
20 ildən çoxdur
ki, idman sahəsi qarşısında
da ölkəmizdə
geniş üfüqlər
açılmaqdadır. Milli Olimpiya
Komitəsinin yaradılması
ilə Azərbaycanda idmanın inkişafına
yönəldilən tədbirlər
konkret istiqamət aldı. Bir-birinin ardınca yeni-yeni
nailiyyətlər əldə
olundu. Qısa zamanda Azərbaycan
idmanı elə bir inkişaf pilləsinə çatıb
ki, artıq burada bir çox
idman növləri üzrə beynəlxalq turnirlər, Avropa və dünya birincilikləri uğrunda yarışlar keçirilir.
Son 12-13 ildə Azərbaycan hətta onlarca beynəlxalq idman yarışına ev sahibliyi edib. Bundan əlavə, ölkə
idmançıları dünyanın
müxtəlif yerlərində
keçirilən çempionatlarda
və Olimpiadalarda iştirak edərək uğurlar qazanıblar.
Təkcə keçən XXX London Yay Olimpiya Oyunlarında
2 qızıl, 2 gümüş
və 6 bürünc medalın qazanılması
bunu bir daha təsdiqləyir.
Neçə-neçə mötəbər yarışda idmançılarımız
ölkələrin tutduğu
yeri göstərən
cədvəllərdə Azərbaycanın
adını irəli çəkiblər.
Yeri gəlmişkən
qeyd edək ki, indi Azərbaycanda
nəinki sağlam insanlar, hətta müəyyən fiziki qüsuru olanlar da idmanla fəal
surətdə məşğul
olurlar. Dünyanın idman həvəskarlarına
neçə-neçə Azərbaycan
paraolimpiyaçısının adı yaxşı tanışdır. Qazandıqları hər önəmli qələbədən sonra
Prezident İlham Əliyev onları qəbul edir, dinləyir, mükafatlandırır.
Təsadüfi deyil ki, dövlət
başçısı Birinci
Avropa Oyunlarının
Azərbaycanda keçirilməsinin
əsas səbəbləri
sırasında idmançılarımızın
uğurlu çıxışlarını
da qeyd etmişdir. Həmin səbəblərdən
biri də ölkədə yaradılmış
idman infrastrukturudur.
İndi
Azərbaycan paytaxtından
ölkənin şərqinə
və qərbinə, şimalına və cənubuna doğru getdikcə az
qala hər bölgədə Olimpiya idman komplekslərinə, yaxud digər müasir idman qurğularına, meydançalarına
rast gəlirsən. “Bakı-2015”in ərəfəsində
bu infrastruktur daha da genişləndirildi
və təkmilləşdirildi.
Tədbirə hazırlıq mütəşəkkil
surətdə başa
çatdırıldı. Bu işdə
Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük zəhməti
olmuşdur.
Hələ bu ilin aprel ayında Nazirlər Kabinetinin birinci rübün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında Prezident İlham Əliyev demişdir: “İdman obyektlərimiz demək olar ki, hazırdır. Keçən ay biz Bakı Olimpiya
Stadionunun və Bakı Atıçılıq
Mərkəzinin açılışını
qeyd etdik. Su İdmanı Sarayında
son tamamlama işləri
gedir. Heydər Əliyev adına
İdman-Konsert Kompleksində
təmir işləri
başa çatır.
Bulvarda yerləşən idman sarayında da işlər yekunlaşır.
Bildiyiniz
kimi, həm yeni idman obyektləri
yaradılır, həm
əvvəlki illərdə
yaradılan obyektlər
əsaslı şəkildə
təmir olunur, əslində yenidən qurulur”.
Bu obyektlər sırasında
təmir-bərpa işləri
başa çatdırılan
Tofiq Bəhramov adına stadion, eləcə də idman yarışlarının
keçiriləcəyi “Crystall
Hall”, Mingəçevirdəki Kür avarçəkmə
bazası, Atletlər Kəndi və digər idman qurğuları var.
Bakıda Avropa Oyunları Parkı da yaradılıb. Bütün bunlar
bir daha göstərir ki, Azərbaycanda idmanın inkişafı yeni mərhələyə qədəm
qoyub. Daha dəqiq ifadə
etsək, Azərbaycanda
idmanın yeni epoxası başlanıb.
Dövlət başçısı qeyd edib ki,
Avropa Oyunları Parkı müvəqqəti
idman qurğusu kimi nəzərdə tutulsa da, tədbir
qurtarandan sonra da qalmalıdır. Çünki qarşıda bizi
daha bir mötəbər idman yarışı gözləyir.
2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunları
keçiriləcək.
Bu qərar da çox söz deyir. Bu o deməkdir ki, Azərbaycanda digər sahələr kimi, idman da
getdikcə irəliləyir,
uğurdan-uğura, qələbədən-qələbəyə
doğru gedir.
Flora SADIQLI,
Azərbaycan.-2015.- 2 may.- S. 1;8.