Con Kerri hər zaman antiazərbaycançı mövqedə olub

 

ABŞ dövlət katibinin Azərbaycana qərəzli münasibəti hələ SSRİ-nin mövcud olduğu zaman məlum idi

 

Sivilizasiyalararası dialoq məkanı kimi tanınan, beynəlxalq mövqelərinin möhkəmlənməsi təsir imkanlarının genişləndirilməsi sayəsində mötəbər tədbirlərə ev sahibliyi edən Azərbaycan daha bir önəmli yarışa hazırlaşır. “Bakı-2015” I Avropa Oyunlarının keçirilməsinə az qalır. Dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan, demək olar ki, bu idman bayramına tam hazırdır.

Ölkə rəhbərliyi bu beynəlxalq idman yarışının daha möhtəşəm keçirilməsi, Azərbaycana gələcək hər bir idmançı digər qonaqların təhlükəsizliyinin təminatı ilə bağlı ciddi tədbirlər həyata keçirdiyi bir zamanda bəzi dairələr I Avropa Oyunlarını siyasiləşdirməyə can atırlar. ABŞ-da fəaliyyət göstərən “National Endowment for Democracy” (NED) təşkilatının isə son günlər üzə çıxan məkrli planı ölkə ictimaiyyətini ciddi narahat edib. Yayılan məlumatlarda bildirilir ki, NED vasitəsilə I Avropa Oyunları ərəfəsində ölkəmizdə qarışıqlıq yaratmaq üçün Azərbaycandakıtərəfdaş” QHT media vasitələrinə ABŞ Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb. Kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu isə ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Əslində burada təəccüblü bir şey yoxdur. Çünki Con Kerri ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri cidd-cəhdlə dəstəkləyən şəxs kimi tanınır bir çox belə bədnam təşəbbüslərin müəllifidir. Bu məsələ ilə bağlı fikir səsləndirən siyasətçilər, politoloqlar QHT rəhbərləri vurğulayırlar ki, Con Kerrinin karyerasının ABŞ-da erməni lobbisinin öz gücünə görə ikinci olduğu Massaçusets ştatından başlamasını nəzərə aldıqda, onun ermənipərəst mövqeyinin səbəbləri anlaşılandır. Massaçusets ştatı ABŞ-da erməni lobbisinin güclü olduğu bir bölgədir təsadüfi deyil ki, ölkədə qondarma erməni soyqırımını tanıyan ilk ştatlardan olub. Kerrinin senator seçilməsinə maddi-təşkilati dəstək verən ermənilər 2004-cü il prezident seçkilərində onun seçki kampaniyasının maliyyələşdirilməsində fəal iştirak ediblər.

Milli Məclisin Elm təhsil komitəsinin sədr müavini professor Bəxtiyar Əliyev deyir ki, Azərbaycanın beynəlxalq aləmdə siyasi çəkisi artdıqca ona qarşı basqılar da artmaqdadır. Konkret olaraq ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana olan münasibətinə gəlincə isə onu demək olar ki, bu şəxsin Azərbaycana münasibəti ABŞ nümayəndə heyəti tərkibində SSRİ- etdiyi səfərlər zamanı məlum olub: “1990-cı illərdə ABŞ Konqresində Azərbaycana qarşı bəzi ədalətsiz qətnamələr qəbul edilmişdi. SSRİ dönəmində qəbul olunan belə qətnamələr bu imperiyanı dağıtmaq üçün bir faktor idi. Bu, başadüşüləndir. Amma real tarixi faktları saxtalaşdırmaq, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, azərbaycanlıları soyqırımına məruz qoymasına göz yummaq hadisələrin inkişafına başqa istiqamət vermək qətiyyən ABŞ-da olan dairələrə başucalığı gətirmir. Hesab edirəm ki, belə amillər ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərinə müsbət təsir göstərmir”.

B.Əliyev düşünür ki, I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan bütün çirkin kampaniyalar, məkrli planlar alt-üst olacaq. Erməni lobbisinin Azərbaycanda yaratmaq istədiyi gərginlik heç vaxt reallaşmayacaq.

Milli Məclisin deputatı İlham Məmmədov da deyir ki, Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycana qarşı böyük qısqanclıq var: “Əlbəttə, bəzi qüvvələr düşünürlər ki, müstəqilliyinə qovuşduğu 23 ildə necə olur ki, bir dövlət həm daxili sabitliyə, həm iqtisadi inkişafa nail olur? Bunlar azmış kimi, I Avropa Oyunlarını da təşkil edib, yeni standartlar müəyyənləşdirir. Təəssüf ki, öz daxilimizdə bədxahların dəyirmanına su tökənlər var”.

NED vasitəsilə I Avropa Oyunları ərəfəsində ölkəmizdə qarışıqlıq yaratmaq üçün milyonlarla dollar vəsaitin ayrılmasına gəlincə isə, deputat hesab edir ki, əgər Qərbin Azərbaycana qarşı qarayaxma kampaniyasına xərclədiyi güc vəsait münaqişələrin nizamlanmasına yönəldilsəydi, təkcə Dağlıq Qarabağ yox, postsovet məkanındakı bütün münaqişələr həllini tapardı.

Con Kerrinin bu işlərin başında dayanan bir şəxs olması isə deputatı təəccübləndirmir. Çünki Azərbaycan ictimaiyyəti bu şəxsin fəaliyyətindən əvvəldən xəbərdardır. Bütün mənalarda Con Kerri hər zaman antiazərbaycançı mövqe sərgiləyib bu gün Azərbaycana qarşı aparılan kampaniyaların əksəriyyəti həm onun birbaşa fəaliyyətinin nəticəsidir.

Deputat hesab edir ki, ABŞ kimi nəhəng bir dövlət C.Kerrinin əlində qalıbsa özünün siyasətini C.Kerri vasitəsilə reallaşdırırsa, bu, artıq ABŞ-ın imicinə böyük zərbədir, beynəlxalq aləmdə ABŞ-a etimadı zəiflədən bir hadisədir.

Vətəndaşların əmək hüquqları Liqası”nın sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Sahib Məmmədov isə hesab edir ki, antiazərbaycançı şəbəkənin çirkin kampaniyası, əslində, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı narahatlıqdan irəli gəlmir. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycana qarşı belə kampaniyalar bəzi dövlətlər onların hakimiyyət orqanları tərəfindən təşkil edilir: “Azərbaycana qarşı kampaniya aparan xarici QHT-lər birbaşa xarici dövlətlərin vəsaiti ilə işləyən, onlardan 100 faiz subsidiya alıb fəaliyyət göstərən sifarişlərini həyata keçirən təşkilatlardır”.

S.Məmmədovun fikrincə, antiazərbaycançı şəbəkəyə qarşı mübarizəni gücləndirmək üçün yerli mətbuatda etirazedici yazılar verməklə bərabər Azərbaycanla bağlı faktları, reallıqları olduğu kimi təqdim etmək lazımdır, bu istiqamətdə sistemli şəkildə aparılmalıdır: “Biz əks işimizi yaxşı qurmalıyıq Azərbaycanın mövcud strateji vəziyyətini, ölkənin islam dünyasında dünyəvi modelə sahib olduğunu göstərməliyik. Biz belə şeylərə hazır olmalıyıq. Eyni zamanda, vətəndaş cəmiyyəti elə inkişaf etməlidir ki, belə hallar yarandıqda üçüncü sektor mövqeyini bildirsin”.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 2 may.- S. 5.