Bəşəriyyətin mədəni dəyərlərinin inkişafı “Bakı prosesinin təməl prinsipidir

 

Mədəniyyətlərarası dialoq forumu qarşısında

 

Artıq on ildən çoxdur ki, Azərbaycan Respublikasının paytaxtı ümumbəşəri dəyərlərin müzakirə edildiyi bir məkana çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər müasir dünya siyasətində yeni bir mərhələnin əsasını qoyub. Bu, ilk növbədə, dəyişməkdə olan dünya reallıqları çərçivəsində mühüm əhəmiyyət daşıyır. İstər Bakı humanitar forumları, istərsə də dünya mədəniyyətlərini və dinlərini bir araya gətirən tədbirlər Azərbaycanın daxilində son on il ərzində dövlət siyasətinin təməl prinsiplərindən birinə çevrilmiş dəyərlər kompleksinin formalaşmasının və onların qorunması və inkişaf etidirilməsinin birbaşa təzahürüdür. Başqa sözlə, müasir Azərbaycanın çoxmədəniyyətliliyi və dini tolerantlığı dəstəkləməsi, müxtəlif mədəniyyətlərə xas olan dəyərləri inkişaf etdirməsi şübhə doğurmayan bir faktdır.

Müasir zamanda müxtəlif yerlərdə baş verən terror və müharibələr nəticəsində bəşəri dəyərlərin nümunələrinin məhv edilməsi təhlükəsinin yarandığı bir şəraitdə ölkəmiz dünyaya tamamilə yeni üfüqlər açmağa başlamış və Azərbaycanın təcrübəsinin öyrənilməsini bir model olaraq təklif etmişdir. Uzun illər istilaterrordan əziyyət çəkmiş, ərazisinin iyirmi faizi təcavüzə məruz qalmış, müasir tarixində Xocalı və Daşaltı kimi faciələri yaşamış xalqımız bəşəri dəyərlərin qorunmasının vacibliyini öz siyasi kursu ilə isbatlamışdır. Çünki tolerantlıq və çoxmədəniyyətliliyin inkişafına sədaqət Azərbaycanın siyasətinin təməl dəyərlərinə çevrilmişdir.

2011-ci il aprel ayının 7-də Ümumdünya Mədəniyyətlərarası Forumun açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı prosesinin yaranması haqqında danışaraq demişdir: “2008-ci ildə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin toplantısında Azərbaycan tərəfindən İslam ölkələrinin nümayəndələri dəvət olunmuş və birgə keçirilmiş tədbirdə çox səmimi və açıq fikir mübadiləsi aparılmışdır. O tədbirin sonunda “Bakı bəyannaməsi” qəbul edilmişdir. İlk dəfə olaraq bu formatda beynəlxalq tədbir keçirilmişdir”. Beləliklə, Azərbaycan dünyanın müxtəlif mədəniyyətlərini bir araya gətirməklə “Bakı prosesinin əsasını qoymuş və çoxmədəniyyətli dünyada vahid dəyərlər sisteminin qorunması işinin gələcək nəsillərə çatdırılması missiyasının vacibliyini vurğulamış, xalqların inkişafı və rifahının qarantı olduğunu nümayiş etdirmişdir.

Bu dəyərlər sistemi öz əsasını böyük əksəriyyətinin müsəlmanların təşkil etdiyi doqquz milyon vətəndaşı olan Azərbaycanda tarixi alban kilsə abidələri ilə yanaşı, pravoslav və katoliklərin 12 kilsəsinin, yəhudilərin 6 sinaqoqunun mövcudluğu, eləcə də müxtəlif mədəniyyətlərin qorunması ilə onların dilinin, milli adət və ənənələrinin, başqa sözlə, milli kimliyinin inkişaf etdirilməsi kimi formalaşmış həyat tərzindən götürməkdədir. 2013-cü ilin 24 iyulunda müqəddəs Ramazan ayı münasibəti ilə təşkil edilmiş iftar mərasimində Prezident İlham Əliyev Azərbaycanda dinlərin birliyindən danışarkən qeyd etmişdir ki, bizim birliyimiz reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biriondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır və olmayacaqdır. Beləliklə, qeyd edilməlidir ki, Azərbaycanın multikulturalizm modeli çoxmədəniyyətliliyin, dini tolerantlığın, demokratik institutların, həmçinin elm, təhsil və səhiyyənin daha da inkişaf etdirilməsini, iqtisadi səmərəliliyin artırılmasını özündə ehtiva etməklə, müasir cəmiyyətlərin inkişafının fövqündə duran dəyərlərini vahid bir kompleks halına gətirir.

Qeyd edilən vahid dəyərlər kompleksi ümummilli lider Heydər Əliyevin dövlət siyasəti səviyyəsinə qaldırdığı azərbaycançılıq məfkurəsinin ətrafında formalaşmışdır. Bildiyimiz kimi, “dövlət” insanın formalaşdırdığı ən uğurlu inzibati formatdır və uzun əsrlər də bunun yeganə praktikuğurlu format olacağına şübhə yoxdur. Dövlətlərin formalaşması onların eyni formada və əsaslarda idarə edilməsi anlamına gəlmədiyi kimi, milli dövlət quruculuğunun bərqərar olması faktı da fərqlidir. Demokratik idarə etmənin əsas təməllərindən birinin məhz milli dövlət quruculuğunun olduğu səbəbindən bu prosesin aşağıdan yuxarıya sosial sifariş olması ilə yanaşı, yuxarıdan aşağıya siyasi iradənin nümayiş etdirilməsinin nəticəsidir. Başqa sözlə, tarixən Azərbaycan şəraitində xalqların, müxtəlif mədəniyyətlərin və dinlərin birgə yaşamasının yaratdığı münbit zəmin ölkə rəhbərliyinin siyasi iradəsi, qanunvericiliksosial şəraitin təmin edilməsi ilə uzlaşmış, milli dövlət quruculuğu prosesinin vahid Azərbaycan və azərbaycançılıq məfkurəsi daxilində formalaşmışdır. Ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” şüarı Azərbaycan adlı coğrafiya daxilində yaşayan müxtəlif mədəniyyətlərin vahid dəyərlər çərçivəsində öz inkişafını təmin etməsi, o cümlədən özünü Azərbaycan xalqı, dövləti, tarixi və mədəniyyətinə aid hiss edən hər bir fərdin azərbaycanlı olaraq dəyərlərinin qorunması və mədəniyyətlərinin inkişafı anlamına gəlmişdir. Bununla da milli dövlət quruculuğunun öz təzahürünü tapdığı Azərbaycanda xalqların maraqları təmin edilmiş və fərdlərin rifahı cəmiyyətin əsas qayəsinə çevrilmişdir. Güclü fərdlərin mövcudluğu güclü vətəndaş institutunun formalaşması ilə nəticələnir ki, bu da öz növbəsində demokratiyanın bərqərar olması deməkdir.

Beləliklə, Azərbaycan özünün multikulturalizm modeli ilə çoxmədəniyyətliliyin və dini tolerantlığın təbliğinin demokratik dəyərlərin tərkib hissəsi olduğu mesajını ətraf dünyaya verməkdədir. Məhz bu ismarıcın çatdırılmasında “Bakı prosesi” əvəzolunmaz platformaya çevrilmiş, Şərqlə Qərbin sərhədində yerləşən və sivilizasiyalar arasında coğrafi və mədəni körpü rolunu oynayan Azərbaycanın əhəmiyyətini daha da artırmışdır. Bir daha qeyd olunmalıdır ki, Azərbaycanın çox konfessiyalı və çox mədəniyyətli ölkə olması, tolerant sistemin formalaşması, müvafiq yerli, seçkili və hökumət qurumlarında müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşlarının təmsilçiliyi, müxtəlif mədəniyyətliliyin inkişafını stimullaşdıran qanunvericiliyin mövcudluğu ölkənin multikulturalist dəyərlər ətrafında gedən beynəlxalq diskussiyaların reallaşdığı arenaya çevirmişdir. Bütün bunlar ölkə Prezidentinin irəli sürdüyü “Bakı prosesi” formatını labüd və beynəlxalq əhəmiyyətli edir. Bu istiqamətdə Azərbaycanda onlarla beynəlxalq tədbir keçirilməklə mədəniyyətlərarası dialoqun əsasları inkişaf etdirilir.

2015-ci ilin may ayının 18 və 19-da “Bakı prosesinin tərkib hissəsi olaraq III Ümumdünya Mədəniyyətlərarası Forum öz işinə başlayacaqdır. Dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın nümayəndənin iştirak edəcəyi bu mötəbər tədbirin himayəçisi Prezident İlham Əliyevdir. İlk dəfə olaraq tərəfdaş qurumların, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı rəhbərlərinin adından dəvət məktublarına artıq imza atılmışdır. Bu isə “Bakı prosesinin tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu göstərir, başqa sözlə, humanitar problemlərin müzakirəsi missiyasını daşıyan beynəlxalq təşkilatların bu format ətrafında birləşdiyinin, “Bakı prosesinin daha məhsuldar və açıq platforma kimi qəbul edildiyinin növbəti təzahürüdür.

Qeyd edildiyi kimi, Azərbaycanın multikulturalist nümunəsi baxımından kompleks dəyərləri sırasında çoxmədəniyyətliliyin təmin edilməsi və demokratik dəyərlərin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu kompleksin məntiqi tərkib hissəsi olaraq sağlam insan cəmiyyətlərində elmin və təhsilin inkişafı əsas rol oynayır. Çünki hər bir mədəniyyət, xalq və dövlət öz başlanğıcını konkret fərdlərdən götürürbu fərdlərin kompleks halında inkişafı sonda cəmiyyətlərin, mədəniyyətlərin və dövlətlərin inkişafı ilə nəticələnir. Bir-birilə qarşılıqlı şəkildə asılı olan bu proses geniş anlamda mədəniyyətlərarası və dövlətlərarası kontekstdə daha mühüm əhəmiyyət kəsb etməyə başlayır. Burada dövlətlərarası münasibətlər fərdlərarası münasibətlər səviyyəsinədək enərək sosial, iqtisadi, mədəni, dini, elmi və təhsil komponentlərini özündə birləşdirməklə güclü və gələcək rifahı təmin edilmiş fərdlərin formalaşdırdığı mədəniyyətlərin daha yüksək mərhələyə qalxmasına, nəticədə isə dövlətlərin sərhədləri çərçivəsində yaşayan bütün mədəniyyətlərin tarixi və mədəni irsinin qorunmasına və inkişafına gətirib çıxarır.

2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının insan inkişafı indeksi üzrə yüksək insan inkişafı ölkələri sırasına daxil olmuş Azərbaycanda əhalinin sosial-iqtisadi şəraitinin təkmilləşdirilməsi ilə yanaşı, müxtəlif mədəniyyətlərdən olan vətəndaşların mədəni irsinindilinin qorunması və inkişafı qeyd edilməli olan vacib məsələlərdəndir. Burada əsas diqqət çəkən nüanslardan biri məhz multikulturalizmin Azərbaycan nümunəsinin özündə cəmiyyətlərin modernləşməsi, bəşəri dəyərlərin mədəniyyətlər arasında təlqin edilməsi və birgə elmi nailiyyətlərin əldə cəmləşdirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “qara qızılın” “insan kapitalına” çevrilməsini qarşıya əsas məqsədlərdən biri kimi qoymuşdur. 2012-ci il yanvar ayının 28-də İsveçrənin Davos şəhərində Azərbaycana həsr edilmiş interaktiv sessiyada Prezident İlham Əliyev qeyd etmişdir: Bir neçə il əvvəl mən bəyan etdim ki, bizqara qızıl”ı insan kapitalına çevirməliyik. Çünki inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yalnız yüksək səviyyəli texnoloji tərəqqiyə, yüksək səviyyəli təhsilə nail olmaqla inkişaf etmiş ölkəyə çevrilmək mümkündür”. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bu müddəaların hər birini aydın şəkildə özündə cəmləşdirmişdir. Artıq bu gün Azərbaycan daha geniş regional layihələr və əməkdaşlığa imza atmaqla, dünya elminin inkişafına öz davamlı töhfələrini verməkdədir.

“Bakı prosesinin təbliğ etdiyi dəyərlər kompleksi həm də çiçəklənən region, sülh və əməkdaşlığın təməli və qarantıdır. Başqa sözlə, multikulturalizm mədəniyyətlərin qorunması və inkişafı ilə yanaşı, bərabər yaşaya bilmək, tolerantlıq isə müxtəlif irsə malik olan dildin qruplarının qarşılıqlı hörmət əsasında inkişaf etmək anlamına gəlirlər. Bərabər mövcud olma isə regional əməkdaşlığın, nəticə etibarilə sülhün və inkişafın qarantıdır. Multikulturalizm ideyalarının öz yerini tutduğu regionlarda potensial münaqişə ehtimalları azalır və regional əməkdaşlığın inkişafına zəmin yaranır. Multikulturalizm dəyərlərinin inkar edildiyi halda isə əksinə, yeni münaqişə ocaqlarının yaranması və ya eskalasiyasının şahidi oluruq. Cənubi Qafqaz regionunda da multikulturalizmin vacib prinsipi olan sülh və birgə yaşaya bilmək prinsipinin Ermənistan tərəfindən pozulması ilə regiondaxili sülhün və əməkdaşlığın əsasları zəiflədilmişdir. Bu isə öz növbəsində regional əməkdaşlığın və ümumi dəyərləri özündə cəmləşdirən daha geniş strukturlara inteqrasiya olmaq işində problemlər yaradır. 2011-ci ilin aprel ayının 7-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Azərbaycanda millidini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu bizim güc mənbəyimizdir” deməklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha terrorişğala məruz qalmış, uzun illər ərzində humanitariqtisadi problemlər yaşamış, münaqişənin bütün cəmiyyətin həyatına mənfi təsir göstərmiş bir xalqın rəhbərinin sülhə və əməkdaşlığa yüksək inamının və buna çağırışının ən gözəl nümunəsi kimi dəyərləndirilməlidir.

Beləliklə, may ayının 18-i və 19-da Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Forum yuxarıda sadalanan bəşəri dəyərlərin müzakirəsini təşkil etməklə humanitar problemlərin beynəlxalq müzakirəsi platforması olan “Bakı prosesini davam etdirəcək, bununla da paytaxtımızın çoxmədəniyyətliliyin, dini plüralizminxalqlar arasında tolerantlığın təmin edilməsi, demokratik dəyərlərin bərqərar olması, elmin, təhsilin və iqtisadi inkişafın əldə edilməsi, regional sülhün təmini işində mühüm mərkəzə çevrildiyini növbəti dəfə bütün dünyaya sübut edəcəkdir.

 

Anar NAĞIYEV,

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq

 və beynəlxalq münasibətlər fakültəsinin dekanı

Azərbaycan.-2015.- 2 may.- S. 10.