Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Bronislav Komorovskiyə
Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə
Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan
ilə Polşa arasındakı münasibətlər
dinamik şəkildə
inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq
əlaqələri istər
ikitərəfli qaydada,
istərsə də Avropa İttifaqı çərçivəsində xalqlarımızın mənafelərinə
uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Polşa
xalqına daim sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 aprel 2015-ci il.
Azərbaycan.-2015.- 3 may.- S.2.