Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 nömrəli Fərmanını “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 7, maddə 532) 2.1-ci bəndi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 1 may 2015-ci il

Azərbaycan.-2015.- 3 may.-  S.2.