“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 23-24, maddə 366; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 11, maddələr 683, 686; 2004, ¹ 2, maddə 57) 12-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə üzrə:

1.1. ikinci abzasdabazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin” sözləri və  üçüncü abzasda “haqsız rəqabət fəaliyyəti göstərilən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin” sözləri “haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilsin;

1.2. dördüncübeşinci abzaslardabazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin” sözləri “bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilsin.

2. 3-cü hissəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edirbu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 3 aprel 2015-ci il

Azərbaycan.-2015.- 3 may.- S. 3.