Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli qərarı ilə

 təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət

Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 115                                     Bakı şəhəri, 21 aprel 2015-ci il

 

 

Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1133-IVQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 448 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 6, maddə 475; 2002, ¹ 11, maddə 675; 2003, ¹ 8, maddə 460; 2005, ¹ 10, maddə 973; 2006, ¹ 6, maddə 584; 2007, ¹ 10, maddə 1021; 2008, ¹ 2, maddə 116; 2009, ¹ 2, maddə 144, ¹ 9, maddə 736; 2013, ¹ 8, maddə 1023) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.2-ci bəndində “texniki nəzarətetmə vasitələrinin” sözləri “xüsusi texniki vasitələrinin” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 3 may.- S.3.