Folklor məskənində idman festivalı

 

Dünən Masallı bayram libasına bürünmüşdü. Təntənənin səbəbi hamıya bəlli idi. Şəhərin nəbzi Odlar Yurdunun nəbzi ilə bir vururdu, qəlbi ölkənin idman ritminə köklənmişdi.

Ölkənin cənubunda yerləşən Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Bakı-Astara yolunun 232-ci kilometrliyindədir. Buradakı Seybətin dairəsinə çatanda üzü sağa, şəhərə doğru geniş bir prospekt uzanıb gedir. Bu şəhərin baş və ən böyük küçəsi Heydər Əliyev prospektidir. Ulu öndərin adını daşıyan prospektlə irəlilədikcə Masallının yaxın keçmişi göz önündən gəlib keçir.

Bu gün isə regional inkişaf dövlət proqramlarının icrası çərçivəsində rayonun iqtisadiyyatı xeyli inkişaf etmişdir. Kənd təsərrüfatı rayonu olmasına baxmayaraq, burada çoxlu sayda sənaye müəssisəsi fəaliyyət göstərir. Rayonda bir neçə mebel fabriki, kərpic zavodları və digər istehsal sahələri var. Onların istehsal etdikləri məhsullar nəinki respublikamızda, hətta xarici ölkələrdə belə alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir. İstisu hidrogen-sulfidli müalicə ocağıdır. Yerlilər bu suyu “möcüzə” adlandırırlar. İstisu yerin altından təbii halda 69 dərəcə temperaturla çıxır. Bu su ilə bir çox xəstəlikləri müalicə edirlər.

Masallı həm ölkəmizin folklor paytaxtı elan edilmişdir. Artıq bir neçə ildir ki, burada ardıcıl olaraq beynəlxalq əhəmiyyətli folklor festivalı keçirilir. Müxtəlif xarici ölkələrdən gələn kollektivlərin iştirakı ilə keçirilən bu tədbirlər əsl el şənliyinə çevrilir. Beynəlxalq festivalın iştirakçıları Masallıda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə, sakinlərin qonaqpərvərliyinə heyran olduqlarını bildirirlər.

Atəşgahməbədindən od alan “Bakı-2015”-in məşəli Naxçıvan, Lənkəran, Lerik, Astara Yardımlının hərarəti ilə sanki daha da gurlaşıb. Bunu Masallı torpağına gətirilən məşəlin qarşılanmasına çıxan ictimaiyyətin nümayəndələri, ziyalı idmançılar da hiss edirdilər.

Dünən günün ikinci yarısı, axşamüstü saat 16:30 radələrində Olimpiya İdman Kompleksinin qarşısında onunla yanaşı yerləşən Bayraq meydanında qələbəlik vardı. Meydana daxil olan idmançılar çevik, cəld hərəkətlərlə sakinləri qonaqları heyrətləndirirdilər.

Güləşçilərin, samboçuların, boksçuların, taekvondo bədii gimnastika ustalarının nümunəvi çıxışları alqışlarla qarşılanırdı. Masallı atletləri sübut edirdilər ki, bölgədə onlardan yaxşısı yoxdur.

Rayonun ən görməli yerində inşa edilən, Azərbaycan Prezidentinin xeyir-duası ilə açılışı olan Olimpiya İdman Kompleksi, şəhərdəki Taekvondo Regional Boks mərkəzləri, eləcə Boradigah İdman Mərkəzi, qəsəbə-kəndlərdəki müasir idman qurğuları aydın göstərir ki, ölkəmizdə idman dövlət siyasətinin tərkib hissəsidir. Bu obyektlərdə gərgin məşqlərə qatılan Masallı gəncləri milli idmanımızın şərəfini Avropa beynəlxalq səviyyəli yarışlarda layiqincə qoruyurlar.

Yaxın keçmişdə Avropa çempionu kimi şərəfli ad qazanan Əli Əliyev Azər İsayev, ağırlıqqaldırma üzrə beynəlxalq dərəcəli idman ustası Cəbrayıl Cəbrayılov, Sidney Yay Olimpiya Oyunları bahadırlarının baş məşqçisi Yaqub Məmmədov, Atlanta Olimpiadasında ilk onluğa düşən Vilayət Ağayev, İslam Olimpiya Oyunlarının bürünc mükafatçısı Türkanə Tahirli bu torpağın yetirmələridir.

Meydana toplaşanların ovqatını sakinlər belə ifadə etdilər. Rayon ağsaqqalı Atabala Hacıyev dedi:

- Bu gün Azərbaycan bölgənin aparıcı dövlətidir. Artıq dünyada böyük ad-san qazanmışıq. Elə Avropa Oyunlarının Bakıya gəlməsi adi məsələ deyil. Tarixdə ilk dəfə keçiriləcək Oyunların başlamasını səbirsizliklə gözləyirik. Onun ilk qaranquşu - rəmzi məşəli artıq bizim Masallıya gəlir. Məşəldarları salamlayıram. Arzu edirəm ki, bu məşəl idmanımızın qalibiyyət rəmzinə dönsün.

Veteran idmançı, Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənov da öz təəssüratlarını bizimlə bölüşdü:

- Bu tədbir, təbii ki, rifahımızın yüksəlişindən xəbər verir. Köhnə idman təşkilatçısı kimi sevincimin həddi-hüdudu yoxdur. Avropa idmanının ən sanballı önəmli tədbirinə Azərbaycan ev sahibliyi edir. Atletlərimizi təbrik edir, I Avropa Oyunlarında onlara parlaq qələbələr arzulayıram. Əminəm ki, belə tədbirlər ölkəmizdə yeni idmançı nəslinin yetişməsinə kütləviliyə təkan verəcək. Bugünkü nəsil sələflərinin uğurlu idman ənənəsini daha da irəli aparacaq.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Masallı rayon təşkilatının sədri Nazir Rufullayev bu sevincli tarixi anda öz fikirlərini söyləyir :

- Dünyanın bütün guşələrindən 3 milyarda qədər tamaşaçının izləyəcəyi I Avropa Oyunları Bakıda ünvan tapır. Bu qədər azarkeşin nəbzi Azərbaycanın idman nəbzinə köklənəcək. Oyunlar zamanı ölkəmizin təmsilçilərinə qələbə arzulayıram.

...Al qumaşa bürünən şəhər daha füsunkar, daha cazibəli görünür. Qapısı prospekt küçələrə açılan evlərin, səliqə-sahmanlı məhəllələrin bir gülündən min gül açılıb. Bu böyük fərəhi insanların sevinci tamamlayır.

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yurdumuzu dolaşaraq mayın 2-də təntənə coşqu içində Yardımlıdan Masallıya gətirildi. Şəhərdəki Olimpiya İdman Kompleksinin Bayraq meydanının qarşısında məşəlin qarşılanma mərasimi oldu.

Mərasimin rəmzi qapısında məşəl daşıyıcısı, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Xanağa Quliyev Yardımlıdan gətirilmiş məşəli qəbul etdi. Sonra onu başı üzərinə qaldıraraq rayon mərkəzinə istiqamət aldı estafetin digər iştirakçıları - “III dərəcəli Vətənə xidmətə görəordenli Ələşrəf Niftiyev, təhsil işçisi, “Şərəf nişanıordeni Tərəqqimedalına layiq görülmüş Qardaş Fətullayev, veteran idmançı, Prezident təqaüdçüsü Şirvan Əbilov, taekvondo üzrə ikiqat Azərbaycan çempionu Gülgün Niftullayeva, təhsil işçisi, “Tərəqqimedallı Vidadi Nəzərov, “Halayfolklor ansamblının bədii rəhbəri Natavan Əliyeva, mədəniyyət işçisi Dürdanə Hüseynova, voleybol üzrə Azərbaycan çempionu Sabiq Cahangirov hərəyə təxminən 370 metr məsafə qət etməklə Bayraq meydanından başlanan estafeti davam etdirdilər.

Onlar məşəli bir-birinə ötürərək sakinlərin alqışları altında Talışxanov prospekti, Dadva Qarabağ küçələri boyunca hərəkət etdilər. Rayon icra hakimiyyətinin binası qarşısındakı meydanda məşəl, onu müşayiət edənlər hərarətlə alqışlarla qarşılandılar.

Cüdo sambo üzrə dünya Avropa yarışlarının mükafatçısı, dəfələrlə ölkə çempionu olmuş Hikmət Alışov məşəli meydanda qurulmuş səhnəyə qaldırdı oradakı məşəli alovlandırdı.

İncəsənət ustalarının, rayon musiqi məktəbi, habeləHalayHəcərfolklor-rəqs kollektivlərinin çıxışları idman bayramına xüsusi çalar qatdı, yerli sakinlərin şəhərin qonaqlarının zövqünü oxşadı. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın, eləcə 150-dən artıq qonağın iştirakı ilə aprelin 26-da Atəşgah məbədində I Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş olundu.

Biz isə I Avropa Oyunlarının məşəl estafetinin növbəti məkanı - Biləsuvara yola düşürük.

 

Rizvan HİLALOĞLU,

Seyran CAVADOV,

Azərbaycan.-2015.- 3 may.- S.7-8.