Azərbaycan möcüzəsi

 

I Avropa Oyunları

 

I Avropa Oyunlarının keçirilməsinə artıq sayılı günlər qalıb. Yarışlarda iştirak edəcək idmançılar qədər elə azərbaycanlılar da həyəcanla bu oyunların başlamasını gözləyirlər. Heç kəsə sirr deyil ki, ölkəmiz bu mötəbər idman tədbirini də yüksək səviyyədə təşkil edəcək. Çünki Azərbaycanda mütəmadi qaydada müxtəlif idman sahələri üzrə dünyaAvropa çempionatları keçirilib. Ölkəmiz 3 il əvvəl “Eurovision” mahnı müsabiqəsinə də layiqincə ev sahibliyi edib. Deməli, istənilən beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi üçün Azərbaycanın yaxşı təcrübəsi var.

Bu gün dünyada idman dövləti kimi tanınırıq. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir. Əlbəttə ki, idmançıların uğurlu çıxışları I Avropa Oyunlarının Bakıda keçirilməsinə öz müsbət təsirini göstərməyə bilməzdi. Tarixdə ilk dəfə keçiriləcək bu Oyunlara ölkəmizin rəhbərlik etməsi hər bir azərbaycanlı üçün sevindiriciqürurvericidir. Bunu tək biz yox, məşhur incəsənət və mədəniyyət xadimləri də deyir.

 

Mənsum İbrahimov,

xalq artisti:

- I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox önəmli bir məsələdir. Bu tədbir sözün əsl mənasında Azərbaycanın inkişafı, tanınması və müsbət imicinin formalaşması üçün əvəzolunmazdır. Bu gün Azərbaycan həm iqtisadi, həm siyasi, həm də mədəni cəhətdən Cənubi Qafqazın lider ölkəsidir. Bu üstünlük özünü hər sahədə göstərir. Xüsusi olaraq idman və mədəniyyət sahəsində ölkəmizin çox ciddi uğurları var. Bu baxımdan bu Oyunların ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinin idmana olan diqqətidir və beynəlxalq imicinin nəticəsidir. Mən bir sənət adamı kimi bu Oyunların ilk dəfə ölkəmizdə keçirilməsinə görə çox sevinirəm və alqışlayıram. Hər birimiz bu amillə qürur duymalı, sevinməli və dəstək olmalıyıq. Çünki Azərbaycan güclü bir dövlətdir və bu dövlətin İlham Əliyev kimi güclü lideri var. Ona görə də hər birimiz öz liderimizin ətrafında bir yumruq kimi birləşib ona dəstək olmalıyıq.

Bu Oyunlara ləkə salmağa çalışan, qarayaxmalarla məşğul olan antiazərbaycançı qüvvələr heç zaman Azərbaycanın yüksəlişini, inkişafını istəməyən, buna qısqanclıqla yanaşan pisfikirli insanlardır. Düşünürəm ki, damarında azərbaycanlı qanı axan hər bir kəs beynəlxalq səviyyəli bir idman tədbirinin ölkəmizdə keçirilməsinə yalnız sevinməlidir və dəstəkləməlidir.

 

Ramiz Quliyev,

xalq artisti, tarzən:

- İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bütün Azərbaycan vətəndaşlarını, vətənpərvər insanları sevindirir. Şəxsən mən bir vətəndaş, bir azərbaycanlı olaraq bununla fəxr edirəm. Çünki Avropanın adı olan möhtəşəm bir idman tədbirinə Azərbaycan rəhbərlik edəcək. Bu, elə-belə, sadə bir məsələ deyil, Azərbaycana olan böyük etimad, diqqət hörmətdir. Biz bu tədbirə çoxdan hazırıq. Bu yaxınlarda möhtərəm Prezident İlham Əliyev Avropa Oyunlarının məşəlini alovlandırdı. Həmin an bir vətəndaş kimi sevincdən gözlərim yaşardı. Tək Azərbaycanda yaşayan vətəndaşlar deyil, ölkəmizin hüdudlarından çox kənarda yaşayan həmvətənlərimiz ölkəmizin bu Oyunlara ev sahibliyi etməsini fəxarət hissi ilə qarşılayırlar. Tez-tez xarici ölkələrdən telefon zəngləri gəlir, onlar deyirlər ki, gözləyin, gələcəyik. Soruşuram ki, hara gəlirsiniz? Deyirlər ki, biz əlbəttə ki, Bakıya Avropa Oyunlarına tamaşa etməyə gələcəyik. Özü iddialı şəkildə danışırlar ki, qızıl medalla qayıtmalıyıq.

R.Quliyev vurğuladı ki, bu Oyunların yüksək səviyyədə təşkil olunması üçün çox böyük əziyyət çəkilib, ciddi əmək sərf olunub: “Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədə gördüyü işlər danılmazdır. Görün iki ildə kim bu qədər işlər görə bilərdi?! Hansı ölkədən qonaq gəlirsə, ilk sözü belə olur ki, I Avropa Oyunlarına hazırlıq işlərinin bu qədər tezliklə görülməsi möcüzədir. Xaricdən gələn idmançılar digər qonaqlar gəlib Azərbaycanın inkişafını, idman sahəsində əldə etdiyi nailiyyətləri öz gözləri ilə görəcəklər. Təbii ki, bu da birbaşa ölkəmizin beynəlxalq imicini daha da gücləndirəcək”.

 

Eldar Mansurov,

bəstəkar musiqişünas, xalq artisti:

- Son illərdə Azərbaycanda baş verən dəyişikliklər, vüsət alan inkişaf hər birimizi sevindirir. Bu gün ölkə başçımız İlham Əliyev onun xanımı Mehriban Əliyeva Azərbaycanı dünyada tanıtmaq üçün əllərindən gələni edirlər. Bu Oyunlardan əvvəl Azərbaycan “Eurovision” kimi musiqi yarışmasına ev sahibliyi edib. Bundan başqa, bir neçə beynəlxalq tədbirin təşkilatçısı olub. Ona görə I Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün böyük təcrübəmiz var. Bu Oyunlar ölkəmizin dünyada tanıdılması, təbliği üçün böyük bir şansdır. Sevinirəm ki, doğrudan da təkcə Avropada deyil, bütün dünyada Azərbaycanı qəbul edirlər. Bilirlər ki, hazırda Azərbaycan sürətlə inkişaf edən, öz yolu ilə gedən ölkələrdən biridir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin ilk olaraq faydası budur ki, dünyada Azərbaycanı daha da yaxından tanıyacaqlar mötəbər bir dövlət kimi qəbul edəcəklər. Bu Oyunların daha bir xeyri odur ki, ölkəmiz idman tarixində daha bir ilkə imza atacaq. Növbəti Avropa Oyunları başqa ölkələrdə təşkil olunacaq. Amma bu, ilk olaraq Azərbaycanda baş tutub. Hər kəs biləcək ki, ilk Avropa Oyunları Avropanın mərkəzi şəhərləri olan Fransada, İngiltərədə yox, məhz Azərbaycanda keçirilib. Bunun özü dünya idman tarixi üçün çox mühüm məsələdir.

E.Mansurov dedi ki, bu Oyunlara qara yaxmaq, burada hər hansı bir neqativ məqam axtarmaq da doğru deyil. Bu məsələdə millətçilik, vətən dövlətçilik amili birinci sırada dayanmalıdır: “Oyunlar ərəfəsində imkanımız olacaq ki, Azərbaycanın tarixini, adət-ənənələrini gələn qonaqlara aşılayaq. Mənfur qonşularımız bizə məxsus bir çox şeyləri öz adlarına çıxırlar. Amma gələn xarici nümayəndələr hər şeyi öz gözləri ilə görəcəklər bir daha əmin olacaqlar ki, Azərbaycan zəngin tarixə dərin mədəni köklərə malik ölkədir”.

 

E.MƏNSİMOV,

Azərbaycan.-2015.- 3 may.- S.8.