Azərbaycan Prezidenti İlham Əliyev Dünya
Bankının Avropa və Mərkəzi
Asiya üzrə vitse-prezidentinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə
vitse-prezidenti xanım Laura Takın başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə
Asiya İnkişaf Bankının Rəhbərlər
Şurasının növbəti toplantısının
Bakıda keçirilməsinin əhəmiyyəti
vurğulandı, tədbirin təşkilati işlərinin
yüksək səviyyədə aparıldığı qeyd
olundu.
Söhbət
zamanı Azərbaycan ilə Dünya Bankı arasında yol-nəqliyyat,
su təchizatı və kanalizasiya, bərk tullantıların
idarə olunması və digər sahələrdə
uğurlu əməkdaşlığın həyata
keçirildiyi bildirildi. Dünya Bankı ilə “Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti arasında artıq əməkdaşlığa
başlanıldığı və bu istiqamətdə işlərin
aparıldığı qeyd edildi. Ölkəmizdə həyata
keçirilən bir sıra layihələr, o cümlədən
“ASAN xidmət” sahəsində görülən tədbirlər
də yüksək qiymətləndirildi, Dünya
Bankının “ASAN xidmət” ilə əməkdaşlığının
genişləndirilməsi istiqamətində işlərin
aparıldığı vurğulandı.
Görüşdə,
həmçinin Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması, dünyada gedən maliyyə
böhranına baxmayaraq, iqtisadi inkişaf sahəsində əldə
olunan nailiyyətlər, hökumətin maliyyə və
büdcə sisteminin təkmilləşdirilməsi istiqamətində
apardığı işlər, qeyri-neft sektorunun
inkişafı, iqtisadiyyatın şaxələndirilməsi
sahəsində qazanılan nailiyyətlər, kənd təsərrüfatında
aparılan islahatlar, ölkənin iqtisadi potensialının
artması fonunda ixrac bazarlarının müəyyənləşdirilməsi,
infrastruktur layihələrinin icrası, ictimai sektor, əhalinin
sosial müdafiəsi, ölkənin mühüm nəqliyyat-tranzit
əhəmiyyətinin artması, sosial, təhsil, yeni iş
yerlərinin yaradılması, regionların inkişafı və
digər sahələrdə icra olunan layihələr və həyata
keçirilən işlərdən danışıldı.
Söhbət
zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər ətrafında
geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2015.- 5 may.- S.3.