Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın iqtisadiyyat
və maliyyə
nazirinin başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də
İtaliyanın iqtisadiyyat və maliyyə naziri Pier Paolo
Padoanın başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin önəmi qeyd olundu, tədbirin yüksək səviyyədə təşkil olunduğu bildirildi, ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından toplantının rolu xüsusi vurğulandı.
Söhbət zamanı Azərbaycan
ilə İtaliya arasında ikitərəfli
əlaqələrin tərəfdaşlıq səviyyəsinə
qalxdığı və uğurla inkişaf etdiyi
vurğulandı, əməkdaşlığımızın siyasi, iqtisadi, mədəni,
enerji, ticarət, turizm,
kənd təsərrüfatı və digər sahələrdə
genişləndirilməsi ilə bağlı məsələlərə
dair ətraflı fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2015.- 5 may.- S.4.