Ulu öndərin xatirəsi Həştərxanda böyük hörmət və minnətdarlıqla anılır

 

Qarşıdan Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü gəlir. Ulu öndərin əziz xatirəsi Azərbaycanla yanaşı, xarici ölkələrdə, o cümlədən Rusiyanın Həştərxan vilayətində böyük hörmət və minnətdarlıqla anılır. Çünki tarix göstərir ki, məhz müdrik liderlik keyfiyyətlərinə malik dahi şəxsiyyətlər ictimai-siyasisosial-iqtisadi təbəddülatlar dövründə xalqını düzgün yolla aparan, ona qurtuluş yolunu göstərən xilaskar missiyasında çıxış etmişlər. Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyev də belə fenomen liderlərdən biri olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək imkanında olmuş, bu qeyri-adi xüsusiyyəti sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyəti arxasınca aparmışdır.

 

Milli həmrəyliyimizin banisi

 

1991-ci ilin oktyabrında qanı bahasına müstəqilliyinə qovuşmuş Azərbaycanda cəmiyyətin qütbləşərək parçalanması, milli maraq və mənafelər ətrafında səfərbər olunmaması, birlik və həmrəylik ideyalarının özünə yer tapmaması özünü ciddi problem kimi göstərmiş, milli inkişafı əngəlləyən amilə çevrilmişdi. Bunun nəticəsi kimi də 1993-cü ilin iyun ayınadək Azərbaycanda vətəndaş sülhü və həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki siyasi qarşıdurma kəskinləşərək ağır siyasi böhrana gətirib çıxarmış, bütövlükdə ölkə parçalanmaq və müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi.

Bu acınacaqlı vəziyyət yalnız 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qalxmışdır. Xalqın təhtəlşüurunda bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhüümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi kursu özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını böyük uzaqgörənliklə irəli sürmüşdür.

Müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diasporlobbinin gücü ilə ölçülür. Məhz bu səbəbdən də Azərbaycan dövləti Heydər Əliyevin rəhbərliyindən sonra dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə həyata keçirmiş, bu sahədə sistemli və ardıcıl siyasət yeritmişdir.

Bir məqamı da qeyd edim ki, ulu öndər hələ Sovetlər Birliyi dövründə azərbaycanlı gənclərin İttifaqın mərkəzi şəhərlərində təhsil almasına xüsusi önəm verirdi. Bu prosesi ildən-ilə kütləviləşdirən Heydər Əliyevin məqsədi həm gənclərimizin peşəkar, qabiliyyətli mütəxəssislər kimi yetişməsi, həm də onlardan bəzilərinin digər şəhərlərdə, respublikalarda məskunlaşaraq güclü Azərbaycan diasporu formalaşdırmaları idi. Ümummilli liderin bu əvəzsiz töhfələrindən mənə də pay düşdü. 70-ci illərdə xaricdə təhsil almaq şərəfi və məsuliyyətini mən də yaşadım. Həmin dövrdə kənarda təhsil almış mənim kimi yüzlərlə gənc indi xaricdə mütəşəkkil və fəal Azərbaycan diasporu formalaşdırmışıq, birmənalı şəkildə Heydər Əliyev irsini, siyasi kursunu təbliğ edirik.

Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsi, onların malik olduğu güclü potensialın ümummilli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən xaricdə yaşayan soydaşlarımızın tarixi vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması ümummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqət çəkir.

 

Dünya azərbaycanlılarının qürur yeri

 

Heydər Əliyev yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 12 ildə Azərbaycan Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilmişdir. İndi kosmos dövləti olan Azərbaycan həm də dünyanın enerji siyasətinə özünün korrektlərini edir. Beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycanın səsi son illər həm də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmək kimi möhtəşəm tribunalardan gəlmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafının daha sürətli yüksəliş mərhələsini yaşayan Azərbaycan Respublikası üzərinə düşən tarixi missiyanı - dünyadakı soydaşlarımızın arasında milli həmrəyliyin əldə olunmasını uğurla həyata keçirməkdədir. Azərbaycanın dünyadakı elçiləri, təmsilçiləri, həmvətənlərimizin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətləri, təşkilatları, dərnəkləri və formalaşdırdıqları digər qurumlar bu gün beynəlxalq ictimaiyyətin respublikamızla daha yaxından tanış olmasında, onun barəsində əsl həqiqətlərdən, keçdiyi inkişaf yolundan xəbər tutmasında müstəsna rol oynayır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönəlmiş uzaqgörən dövlət siyasətini, milli həmrəylik və diaspor quruculuğu işini inamla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Prezident İlham Əliyev dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə - ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına nail olmaqla, onlarda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə və milli birliyə xidmət edən digər addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Məhz bunun nəticəsidir ki, indi sayı 50 milyondan artıq olan dünya azərbaycanlıları cənab İlham Əliyevi özlərinin alternativsiz lideri olaraq qəbul edirlər. Bunun bariz göstəricisi olaraq cənab İlham Əliyev 2013-cü ilin prezident seçkilərində də dünya azərbaycanlılarının dəstəyini aldı.

Dövlət siyasətinin əsas hədəflərindən biri də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların potensial imkanlarını azərbaycançılıq naminə səfərbər etməklə yanaşı, onların həmin ölkələrdə gedən proseslərdə, cəmiyyət həyatının ayrı-ayrı sahələrində fəal iştirakına nail olmaqdır. Potensial imkanlarını azərbaycançılıq naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkiliyə nail olmaqdır. “Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz, bir tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların mövqeləri daha da güclənsin. Yəni, bu, bizim vəzifəmizdir. Eyni zamanda, onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər” - deyə cənab İlham Əliyev bildirmişdir.

Bütün bunlardan irəli gələrək xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində görülən işlərin miqyası davamlı olaraq genişləndirilmişdir. Ulu öndərin siyasi irsinin ən görkəmli nümayəndəsi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ötən müddət ərzində Azərbaycan diasporunun daha da güclənməsi ilə müşayiət olunmuşdur. Bunun konkret təzahürünü Rusiyadakı Azərbaycan diasporunun timsalında görmək mümkündür.

 

Uğurlu siyasət Rusiya azərbaycanlılarını milli məfkurə ətrafında birləşdirmişdir

 

Bu gün dünyada azərbaycanlıların sayca daha çox yaşadıqları xarici ölkə Rusiyadır. Rusiyada yaşayan soydaşlarımızın da tarixi Vətənləri ilə bağlılığının güclənməsində, eyni zamanda, onların diaspor kimi formalaşmasında ulu öndər Heydər Əliyev müstəsna rol oynamışdır. Görülən işlərə nəzər salarkən fəxrlə deyə bilərik ki, Azərbaycan dövlətinin uğurlu diaspor siyasəti Rusiya azərbaycanlılarını bir məfkurə - azərbaycançılıq ideyası ətrafında daha sıx birləşdirmişdir. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tövsiyələrinə layiqincə əməl edən diaspor təşkilatlarımız Rusiyanın ictimai həyatında fəal iştirak edir, Azərbaycanla dostluğun daha da möhkəmlənməsinə böyük töhfələr verirlər.

Müstəqil Azərbaycanı onun sərhədləri çərçivəsindən kənarda layiqincə təmsil edən, tanıdan belə təşkilatlardan birireal fəaliyyəti ilə mühüm uğurlar qazanmış Ümumrusiya Azərbaycan Konqresidir (ÜAK). Rusiyada yaşayan soydaşlarımızın ən böyük təşkilatlarından biri olaraq qəbul edilən bu qurum ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə özünəməxsus böyük töhfələr verməkdədir. Rusiya vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevrilən ÜAK-nın fəaliyyəti son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşkilatın Mərkəzi Şurasının Rəyasət Heyətinin üzvü seçilməsi ÜAK-nın fəaliyyətinin daha aktiv hala gəlməsinə, sıralarının isə böyük sürətlə genişlənməsinə səbəb olmuşdur.

Rusiyanın demək olar ki, bütün regionlarında öz strukturlarını yaratmış Konqresin Həştərxan regional bölməsi də ötən dövr ərzində cəmiyyətə inteqrasiya, burada yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərinin qorunması, ictimai-siyasi fəallığının artırılması istiqamətində mühüm işlər görmüşdür. Burada yaşayan 25 mindən çox azərbaycanlı diaspor sıralarında kifayət qədər fəallıq nümayiş etdirir, Azərbaycan reallıqlarının, burada yaşanan inkişafın həm Rusiya, həm də dünya ictimaiyyətinə çatdırılmasında mühüm bir missiyanı layiqincə yerinə yetirirlər. Eyni zamanda, Azərbaycan diasporu Həştərxanın vilayət rəhbərliyi və ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş və yaşanan inkişafa böyük töhfələr verən təbəqə kimi qəbul olunur.

ÜAK-nın Həştərxan regional bölməsi güclü Azərbaycan dövlətinin dəstəyini hər zaman öz üzərində hiss edir. Bu kontekstdə doğma dilimizi, milli-əxlaqi dəyərlərimizi, azərbaycanlıların bir xalq, millət kimi formalaşdırdığı şanlı tarixi və vətənimizin şərəfini qorumaq kimi üzərimizə düşən müqəddəs vəzifəni layiqli şəkildə yerinə yetirməyə çalışırıq. Həmçinin Həştərxan icmasına sıx inteqrasiya fonunda vilayətlə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha intensiv şəkildə inkişafına nail olmaq fəaliyyətimizin prioritet istiqamətlərindəndir.

Azərbaycan diasporu Həştərxanın vilayət rəhbərliyi və ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş və yaşanan inkişafa mühüm töhfələr verən zümrə kimi qəbul olunur. Vətənimiz barəsində yüksək fikirdə olan Həştərxan ictimaiyyətinin ölkəmizə, xalqımıza, onun insanlarına vurğunluğunu daha da artıran ən mühüm məqam burada ümummilli lider Heydər Əliyevə ucaldılan abidə, o cümlədən adını daşıyan, gözəlliyi ilə riqqət doğuran parkdır. Təkcə Azərbaycanda deyil, bütün keçmiş Sovet İttifaqı, postsovet məkanında böyük siyasi xadim kimi qəbul olunan Heydər Əliyevin abidəsinin Həştərxan vilayətində də ucaldılması təsadüfi deyil. Çünki ulu öndər istər sovet, istərsə də postsovet dövründə Rusiya, eləcə də onun vilayətləri, o cümlədən Həştərxanla Azərbaycanın, onun ayrı-ayrı inzibati ərazi strukturlarının, xalqlarımızın qarşılıqlı münasibətlərinin inkişafına böyük töhfələr vermişdir. Elə ona görə də Heydər Əliyevin Həştərxandakı abidəsi həm rusiyalıların, həm də azərbaycanlıların qardaşlığının, dostluğunun, onların ruhən və qəlbən birliyinin rəmzi kimi qiymətləndirilir.

 

Heydər Əliyev Fondunun əməkdaşlığa töhfələri misilsizdir

 

Sülhün möhkəmləndirilməsi, humanizmin və şəfqətin təşviq edilməsi mövqeyindən çıxış edən, habelə humanitarsosialyönümlü tədbir və layihələrin təşəbbüskarı, eləcə də təşkilatçısı olan Heydər Əliyev Fondunun dəstəyi və himayəsi ilə Rusiyanın Həştərxan vilayətində çoxlu iri sosialinfrastruktur layihələri həyata keçirilib. Bunlardan biri Həştərxan şəhərinin 11 nömrəli orta məktəbinin yenidən qurulmasıdır. Şəhərin Bakı küçəsində yerləşən və ulu öndər Heydər Əliyevin adını daşıyan bu məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə genişmiqyaslı rekonstruksiya işləri aparılıb, müasir standartlara uyğun iki yeni korpus inşa olunub, şagirdlərin təhsilinin lazımi səviyyədə təşkili üçün şərait yaradılıb, mebeltexniki avadanlıqlarla təchiz edilib.

Xatırladım ki, hələ 2011-ci ildə Rusiya-Azərbaycan dostluq körpüsünün təməli qoyulmuşdu. Qısa zaman kəsiyində körpünün inşası başa çatdırılmış və 2012-ci il sentyabrın 12-də açılışı olmuşdu. Həmin gün Heydər Əliyev parkında yaradılmış “Arzuuşaq əyləncə şəhərciyinin açılışı, həmçinin Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olan müqəddəs Knyaz Vladimirin məbədi önündə Knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimləri keçirilmişdi. Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva iştirak etmiş, çıxışı zamanı Azərbaycanla Rusiya arasında əlaqələrin qarşılıqlı hörmətə, etimad və aşkarlığa əsaslandığını bildirmiş, münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə etmişdi. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin körpünün açılmasını Həştərxan üçün mühüm tarixi hadisə kimi dəyərləndirərək bu humanitar layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fondunaonun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirmişdi.

Cəmi 1 il 3 aydan sonra - 2013-cü il dekabrın 20-də Həştərxanda Leyla Əliyevanın iştirakı ilə Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsinin və onun yerləşdiyi ərazidə salınmış parkın təntənəli açılış mərasimi keçirilmişdir. Həmin gün həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda tikilmişArzuuşaq kafesinin açılışı olmuş, o cümlədən Bakı küçəsində fondun dəstəyi ilə tikiləcək uşaq bağçasının təməli qoyulmuşdu. Ötən il sentyabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə bağçanın açılışı olmuşdur. Ümumi sahəsi 2800 kvadratmetr olan yarızirzəmili, 3 mərtəbəli, 140 yerlik uşaq bağçasında aparılan tikinti işləri uğurla başa çatdırılıb, lazımi mebel və digər avadanlıqlarla təchiz edilib, ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. Açılış mərasimində Prezident İlham Əliyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin təbrik nitqləri söyləyib, rəmzi lenti kəsib və bağçaya baxış keçirərək uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.

Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Həştərxanda həyata keçirdiyi layihələr vilayət və şəhər rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmişdir. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, Həştərxan Şəhər Duması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Rusiya-Azərbaycan dostluğununstrateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində xidmətlərinə, Həştərxanda iri sosial-mədəni və iqtisadi layihələrlə bağlı təşəbbüslərinə, bu layihələri və Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini dəstəkləməsinə görə Prezident İlham Əliyevi “Həştərxan şəhərinin fəxri vətəndaşı” adına layiq görmüşdür.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın III dərəcəli “Knyaginya Olqa” ordenləri ilə təltif olunması Həştərxanda həyata keçirilən layihələrə verilən böyük dəyərin göstəricisidir.

 

Bakının Nərimanov rayonu ilə qardaşlıq əlaqələri ilbəil genişlənir

 

Heydər Əliyev Fondunun Rusiyadakı fəaliyyətinin nəticəsi olaraq Bakı şəhərinin Nərimanov rayonu ilə Həştərxan vilayəti arasında sıx dostluq əlaqələri mövcuddur. Bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir. Nərimanov rayonu tərəfindən bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində son illər xeyli görülüb. Qarşılıqlı əməkdaşlığın bariz nümunəsi kimi 2012-ci il dekabrın 19-da Nərimanov rayonu ərazisində yeni salınan parkda Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə “Bakı və Həştərxan dostluğu” abidəsinin təməlqoyma mərasimi keçirilmiş və 2013-cü ilin noyabrında açılışı olmuşdur.

İndiyədək Nərimanov rayonunun və Həştərxan vilayətinin rəhbərliyi dəfələrlə qarşılıqlı səfərlər ediblər. Bu səfərlərin nəticəsi kimi humanitar və mədəni sahələrdə əlaqələr genişlənib. Demək olar ki, hər il Həştərxan ictimaiyyətinin nümayəndələri, xüsusən məktəblilər Bakıya səfərə gəlir, ölkəmizlə tanış olur, təcrübə mübadiləsi aparırlar. Artıq bu cür səfərlərin həyata keçirilməsi mütəmadi xarakter almaqla xoş ənənəyə çevrilmişdir.

Ölkəmizin əldə etdiyi və gündən-günə miqyası genişlənən nailiyyətləri bütün dünya azərbaycanlılarının milli şüurunu, özünüdərkini, Azərbaycanla bağlılıqlarını daha da möhkəmləndirir. Rusiyanın Həştərxan vilayəti ilə formalaşan yüksək əməkdaşlıq modeli isə iki ölkənin xalqları və regionları arasında dostluğu daha da dərinləşdirməklə yanaşı, burada yaşayan azərbaycanlıların qürur və fəxarət mənbəyinə çevrilib. Bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycan diasporuna, azərbaycanlılara bütün Həştərxan vilayətində yerli ictimaiyyət tərəfindən yüksək ehtiram və hörmət göstərilir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu diaspor siyastəti və o cümlədən Həştərxanda görülən işlər bizim gücümüzü, nüfuzumuzu daim artırır.

Təqdirəlayiq haldır ki, bu fəaliyyətimiz Azərbaycan dövləti və cənab Prezident tərəfindən də yüksək qiymətləndirilir. Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynovun 2011-ci il iyulun 4-də Prezidentin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı, həmçinin 2012-ci il martın 6-da isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dostluq əlaqələrinin inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi həm də diasporumuzun xidmətinə verilən böyük dəyər, misilsiz qayğıdır.

Təbii ki, bütün bunlar bizim məsuliyyətimizi daha da artırır. Ona görə ÜAK Həştərxan regional bölməsi bundan sonra da bu bölgənin ictimai həyatında yaxından iştirak edəcək, Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında, azərbaycanlıların daha sıx təşkilatlanmasında fəal olacaq.

 

İrahid MİRİŞOV,

Ümumrusiya Azərbaycan Konqresinin

 Həştərxan bölməsinin sədr müavini

Azərbaycan.-2015.- 5 may.- S. 9.