GÖZGÖTÜRMƏZLİK, PAXILLIQ, QƏRƏZ

 

İnformasiya müharibəsində hər bir jurnalist müsəlləh əsgərə çevrilməlidir

 

AZƏRBAYCAN GÖRÜNMƏMİŞ SÜRƏTLƏ İNKİŞAF EDİR!

BU İNKİŞAF HƏRTƏRƏFLİDİR, ÜRƏKAÇANDIR:

* Son on ildə iqtisadiyyatımız 3 dəfə artıb!

lİşsizlikyoxsulluq 5 faiz səviyyəsinə enib!

* Qeyri-neft sektoru güclü inkişaf yoluna çıxıb və bu sahədəki artım cari ilin I rübündə 7 faiz olub!

 Bütün bunlar müstəqillik yaşı 24 olan, torpaqlarının 20 faizi düşmən işğalında qalan, bir milyondan çox qaçqın və məcburi köçkün yaşayan dövlət üçün çox böyük nailiyyətdir!

İNKİŞAFIN BƏHRƏSİNİ İLK NÖVBƏDƏ AZƏRBAYCAN XALQI GÖRÜR:

* Hər il minlərlə yeni daimi və müvəqqəti yeri açılır;

* Əməkhaqqı və sosial müavinətlər ilbəil yüksəlir;

* Yeni yol infrastrukturu yaradılır, müasir müəssisə və obyektlər tikilir;

* Sahibkarlıq inkişaf edir, insanlar sərbəst şəkildə biznes fəaliyyəti ilə məşğul olurlar;

* Hamı özünə yeni mənzil və avtomobil alır, yeni ev tikdirir;

* Övladlarını ölkə daxilində və xaricdə oxutduraraq təhsil verir;

* Azad, təhlükəsiz, sabitsabaha böyük ümidləri olan ölkədə yaşayırıq!

AZƏRBAYCANIN UĞUR VƏ NAİLİYYƏTLƏRİNDƏN DÜNYAYA DA PAY DÜŞÜR:

* Ölkəmiz Qərbi Avropanın neft və təbii qazla təchizatına öz töhfələrini verir;

* Neftqaz kəmərləri keçən ərazilərin dövlətləri bundan böyük fayda götürürlər;

* Öz maliyyəmiz hesabına gerçəkləşdirdiyimiz transmilli layihələr bütövlükdə dünyaya xeyir gətirir;

* Xarici ölkələrə investisiya yatırıb yeni yerləri açırıq;

* Tolerantlığımızla bütün dünyaya nümunə göstərərək ölkələr daxilində qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması nümunəsini ortaya qoyuruq!

BÜTÜN BUNLARIN NƏYİ PİSDİR!

Dövlətimizi də inkişaf etdirir, xalqımızın da rifahını yüksəldir, üstəlik dünayaya da xeyir veririk!

Niyə gözünüz götürmür?!

Niyə bəyənmirsiniz?!

Məgər hamı siz deyən kimi oturub durmalıdır?!

AZƏRBAYCAN HƏM DƏ İDMAN DÖVLƏTİDİR!

* Ölkəmizdə idman sözün həqiqi mənasında kütləvi xarakter alıb;

* Azərbaycan idmançıları ilboyu dünya, Avropa birinciliklərində, Olimpiya oyunlarında və beynəlxalq yarışlarda çıxış edərək çoxsaylı medallar qazanır, üçrəngli bayrağımızı daim göylərə qaldırırlar;

* Dünyanın başqa ölkələrindən olan idmançılar da yaradılan şəraitdən bəhrələnir, Azərbaycan bayrağı altında sevincqürur hissi ilə çıxış edirlər;

* Azərbaycan müntəzəm şəkildə müxtəlif yarışlar təşkil edir, dünyanın hər yerindən gəlmiş idmançılar müasir idman obyektlərində öz güclərini sınayaraq yüksək nəticələr göstərirlər;

lBütövlükdə ölkəmiz dünyada idmanın inkişafına öz sanballı töhfələrini verir;

İNDİ İSƏ AZƏRBAYCAN İLKƏ İMZA ATIR, I AVROPA OYUNLARINI KEÇİRMƏYƏ HAZIRLAŞIR:

* Əvvəla, Azərbaycan bu oyunların keçirilməsinə yeganə namizəd olub;

* Deməli, Azərbaycan olmasaydı, bu ideya elə ideya olaraq qalacaqdı;

* İkincisi, Heydər Əliyev Fondunun prezidenti, Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük məharəti və təşkilatçılıq bacarığı sayəsində hazırlıq işləri çox qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırılıb;

* Beləliklə, bu sahədə yeni rekord qazanılaraq 7 illik 2 il yarıma qurtarıb;

* Artıq dövlət başçısı cənab İlham Əliyevin “Atəşgah” məbədində alovlandırdığı məşəl insanlara böyük sevincqürur bəxş etməklə Azərbaycanın regionlarını dolaşır!

AZƏRBAYCAN HEÇ KİMƏ PİSLİK ETMƏYİR, HEÇ KİMİN “BAŞINA DAŞ SALMAYIB!” AMMA:

* Uğurlarımızı gözü götürməyənlər;

* Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilməyənlər;

* Dünya erməniliyi və onların ələ aldıqları bəzi beynəlxalq qurumlar və QHT-lər;

* Antiazərbaycançı şəbəkə və onların əlaltıları;

* ABŞ-ın Dövlət katibi Con Kerrinin Dövlət Departamentindəki ofisi ətrafına toplaşanlar;

* “5-ci kolonun nümayəndələri ölkəmizdə I Avropa Oyunlarının keçirilməsinə əngəl törətmək üçün səfərbərliyə alınaraq maliyyələşdiriliblər!

 MARTIN 1-DƏN START VERİLƏRƏK 10 AY MÜDDƏTİNDƏ - MAYIN 1-DƏN DEKABRIN 31-DƏK APARILACAQ BU KAMPANİYA ƏN ƏVVƏL:

* Müstəqilliyimizin möhkəmliyinə və sarsılmazlığına təhdiddir;

* Dövlətimizin beynəlxalq aləmdə formalaşan müsbət imicini dəyişmək istəyidir;

* Sabitliyə və əminamanlığa yönələn təhlükədir;

* Hər sahəni əhatə edən sürətli inkişafımıza əngəl törətmək cəhdidir;

* İşğal altındakı torpaqlarımızın birdəfəlik düşmən əlində qalmasına yönələn niyyətdir;

* Dövlətimizin və hər birimizin sabahını qeyri-müəyyənliyə və qara günlərə yönəltmək üçün hazırlanmış məkrli plandır!

Damarlarında həqiqi azərbaycanlı qanı axan hər bir jurnalist və qələm əhli, hər bir Azərbaycan vətəndaşı Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş bu bəd niyyətləri, şər-böhtanları, qərəzli və yalan təbliğatı ifşa etməli, əsl vətənpərvər olduğunu əməli işi ilə nümayiş etdirməlidir!

Mətbuat səhifələrində, internet saytlarında, ictimai yerlərdə Azərbaycan həqiqətlərinə qarşı ünvanlanan hər bir yalanriya dərhal cavablandırılmalı, onları yayanlar ifşa edilməlidir!

Adı azərbaycanlı olsa da, “5-ci kolona xidmət göstərənlərə dözülməzlik şəraiti yaradılmalı, onlar qınaq və tənə obyektinə çevrilməlidir!

Vətən bizdən övlad məhəbbəti, vətəndaş təəssübkeşliyi gözləyir!

Biz şər və böhtan kampaniyasına qarşı öz həqiqətlərimizi qoymalı, I Avropa Oyunlarına hazırlığın bütün mərhələlərini yüksək peşəkarlıqla işıqlandıraraq uğurlarımızı və görülən işləri geniş və əhatəli şəkildə təbliğ etməliyik!

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2015.- 6 may.- S. 1-9.