“Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr 877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə 465, ¹ 7, maddə 597, ¹ 12, maddə 1109; 2012, ¹ 11, maddələr 1037, 1044; 2013, ¹ 3, maddə 223, ¹ 5, maddə 485, ¹ 6, maddələr 608, 614) aşağıdakı dəyişikliklər edilsin:
1. 20.1.7-ci və 20.1.8-ci maddələrdə “vətəndaşlığından çıxması” sözləri “vətəndaşlığına xitam verilməsi” sözləri ilə əvəz edilsin.
2. 43.2-ci maddənin birinci cümləsində “vətəndaşlığından çıxmış” sözləri “vətəndaşlığına xitam verilmiş” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il
Azərbaycan.-2015.- 6 may.- S. 2.