“Dövlət sirri
haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 882; 2006, ¹ 2, maddə 65, ¹ 11, maddə 925; 2008, ¹ 8, maddə 699; 2013, ¹ 6, maddə 596; 2014, ¹ 7, maddə 762) 23.1.6-cı maddəsinə “müraciət etməsi” sözlərindən sonra “və ya barəsində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin müddəalarının tətbiqi ilə bağlı icraata başlanılması” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il
Azərbaycan.-2015.- 6 may.- S. 3.