“Notariat haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini
rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan
Respublikasının Qanununu “Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Notariat
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 10, ¹
6, maddə 414; 2001, ¹ 5, maddə 293, ¹ 11, maddə 687, ¹ 12, maddə
740; 2002, ¹ 5, maddə 241, ¹ 6, maddə 328, ¹ 12, maddə 706;
2004, ¹ 5, maddə 318; 2005, ¹ 4, maddə 281, ¹ 8, maddə 699, ¹
10, maddə 903, ¹ 11, maddə 993; 2007, ¹ 1, maddə 4, ¹ 2, maddə
69, ¹ 8, maddə 745, ¹ 11, maddələr 1053, 1075; 2008, ¹ 6, maddə
462, ¹ 7, maddə 602; 2009, ¹ 1, maddə 5, ¹ 7, maddə 517, ¹ 11,
maddə 878; 2010, ¹ 7, maddə 597, ¹ 11, maddə 938; 2011, ¹ 4,
maddə 258, ¹ 12, maddə 1098; 2012, ¹ 10, maddə 946; 2013, ¹ 11,
maddə 1271; 2014, ¹ 11, maddə 1353) 7-ci maddəsində
aşağıdakı dəyişikliklər edilsin:
1.
birinci hissənin 3-cü bəndindən “Azərbaycan
Respublikasının vətəndaşlığından
çıxdıqda və ya” sözləri
çıxarılsın;
2.
üçüncü hissəyə aşağıdakı məzmunda
3-1-ci bənd əlavə edilsin:
“3-1.
notariusun Azərbaycan Respublikasının vətəndaşlığına
xitam verildikdə;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 3 aprel 2015-ci il
Azərbaycan.-2015.- 6 may.- S. 3.