Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi beynəlxalq konfrans işə başlayıb

 

Mayın 5-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransın açılışında BSU-nun rektoru, professor Asif Hacıyev bildirib ki, beynəlxalq tədbirdə Azərbaycanla yanaşı, dünyanın 19 ölkəsindən nümayəndə heyətləri, Milli Məclisin deputatları, bir sıra səfirliklərin təmsilçiləri, təhsil nazirliyinin, respublikamızın aliorta məktəblərinin və digər müvafiq qurumların nümayəndələri iştirak edirlər.

Konfransın işinə uğurlar arzulayan rektor bu tədbirin Heydər Əliyev irsinin öyrənilməsinə, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına təkan verəcəyini vurğulayıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakıda artıq altıncı dəfə keçirilən tədbirin məqsədlərindən, azərbaycanşünaslığın aktual problemlərinin araşdırılması və həlli istiqamətində əhəmiyyətindən, bölmə iclaslarında müzakirə olunacaq mövzuların aktuallığından danışıb. Akademik bildirib ki, bu konfrans müxtəlif ölkələrdən olan alimləri bir araya gətirərək, təkcə Azərbaycanla münasibətlərin inkişafına deyil, qonaqlar arasında da əməkdaşlığın qurulmasına şərait yaradacaqdır. Konfransın coğrafiyasının ildən-ilə genişləndiyini söyləyən Dövlət müşaviri ötən il 12 ölkədən 40-dək nümayəndənin iştirak etdiyini, bu il isə bu rəqəmin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, azərbaycanşünaslığın inkişafı, xarici ölkələrdə təbliği və tədqiqi məqsədilə keçirilən konfransda Azərbaycan ilə yanaşı, 19 ölkədən, o cümlədən Rusiya, Belarus, Bolqarıstan, Polşa, Almaniya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, Litva, İtaliya, Qırğızıstan, Çexiya, ABŞ, İsrail, İsveç, Misir, İran, Qazaxıstan və Niderlanddan 70-dək alim və mütəxəssis iştirak edir. Konfransa, ümumilikdə yerlixarici ölkə alimlərinin 383 məqaləsi daxil olub.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilli Elmira Süleymanova ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən söz açıb, ölkəmizdə insan hüquqlarının təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. Hazırda Azərbaycanın dünyada insan hüquqları və azadlıqları sahəsində əldə etdiyi uğurları ilə tanındığını söyləyən E.Süleymanova bu sahədə qəbul olunan qanunlardan, digər hüquqi-normativ aktlardan, həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyevin ən böyük xidməti azərbaycançılıq məfkurəsinin yayılmasında, milli özünüdərkin inkişafında gördüyü işlərlə bağlıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin dünya birliyində layiqli yerini tutmasında mühüm addımlar atıb.

Azərbaycançılığın təbliği istiqamətində BSU-nun gördüyü işlərdən danışan nazir müavini bu ali məktəbin təşəbbüsü ilə bir çox ölkələrin universitetlərdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzlərinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən, Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində təhsil sistemində önəmli islahatların aparılmasından və böyük uğurlar əldə olunmasından danışıb. Bildirib ki, xalqımızın azərbaycançılıq ideologiyası ətrafında birləşməsi və beynəlxalq arenada yüksək nüfuz qazanması Ümummilli Liderin gərgin əməyinin nəticəsidir. Yaxın vaxtlarda Bakıda keçiriləcək birinci Avropa Oyunları da beynəlxalq aləmdə Azərbaycanın imicinə müsbət təsir göstərəcək.

Çexiyanın Yaxın Şərq və Afrika İnstitutunun direktoru, professor Eduard Qombar ölkəmizin geosiyasi mövqeyimdən danışıb, müasir Azərbaycanın rəqabətədavamlı bir ölkə olduğunu, Çexiya ilə dostluq əlaqələrinin genişləndiyini vurğulayıb.

Moskva Şəhər Pedaqoji Universitetinin rektoeu, professor Viktor Ryabov BSU ilə rəhbərlik etdiyi universitet arasında 10 il əvvəl müqavilə bağlandığını xatırladaraq, bu sazişin təkcə rəhbərlik səviyyəsində qalmadığını, universitetlərin professor-müəllim heyəti və tələbələri arasında dostluq əlaqələrinin qurulmasına səbəb olduğunu vurğulayıb. Professor 1985-1987-ci illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə tədrisdə islahatların aparılması üçün yaradılan qrupda çalışdığını və dahi şəxsiyyətin nə qədər səmimi və peşəkar olduğunu söyləyib.

ABŞ-ı təmsil edən Yonah Benjamin Bukstein Azərbaycanda yaşayan yəhudi icması ilə tanış olduğundan və ölkəmizdə inkişaf edən multikultural mühitdən danışıb.

Azərbaycanın AvropaAsiya arasında intellektual və mədəni körpü olduğunu deyən Bolqarıstanın Rusiya və MDB ölkələri ilə Dostluq Federasiyasının sədri, “SlavyanlarFondunun prezidenti, professor Zaxari Zaxariyev bunun ulu öndər Heydər Əliyevin xidməti olduğunu vurğulayıb.

Ausburq Universitetinin əməkdaşı Einshut Urlike, Litva Dili Universitetinin direktoru, professor Yolanta Zabarskayte, Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze, Türk Dil Qurumunun rəhbəri, professor Mustafa Sinan Kaçalin, Minsk Milli Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru, professor Anatoli Qorlatov, Hayfa Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Arye Gut beynəlxalq səviyyəli konfransda iştirak etməkdən məmnunluqlarını bildirib, bu konfransın Azərbaycan elminin təbliğində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında rolundan bəhs ediblər.

Üç gün davam edəcək konfrans işini “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası”, “Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili” və “Azərbaycan ədəbiyyatı” bölmələrində davam etdirəcək.

Bildirilib ki, tədbir çərçivəsində xarici qonaqların iştirakı ilə bir sıra ustad dərsləri, “dəyirmi masa” təşkil ediləcək. Həmçinin “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI beynəlxalq elmi konfransın nəticələrinə dair mətbuat konfransı keçiriləcək. Bundan əlavə nümayəndə heyətləri Azərbaycanın bölgələrinə səfər edəcək, qədim tarixi abidələrlə tanış olacaqlar.

Konfransın materialları kitab şəklində çap olunaraq iştirakçılara paylanacaq.

Beynəlxalq tədbir işini mayın 7-də başa çatdıracaq.

 

Azərbaycan.-2015.- 6 may.-  S.13.