Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
ilə Sudan Respublikasının
Xarici İşlər Nazirliyi
arasında əməkdaşlıq haqqında Protokolun təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi ilə Sudan
Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq
haqqında 2015-ci il martın 18-də Bakı şəhərində
imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın
1-ci hissəsində göstərilən Protokolun müddəalarının
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Protokolun
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Sudan Respublikası hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 may 2015-ci il
Azərbaycan.-2015.-
7 may.- S.1.