Azərbaycan
Respublikasının hökuməti ilə Böyük
Britaniya və Şimali
İrlandiya Birləşmiş
Krallığının hökuməti
arasında iqtisadi və ticarət əməkdaşlığı
haqqında
Anlaşma Memorandumunun təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında 2015-ci il martın 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 may 2015-ci il
Azərbaycan.-2015.-
7 may.- S. 1.