“Polis haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 11, maddə 611; 2001, ¹ 11, maddə 699, ¹ 12, maddə 731; 2002, ¹ 3, maddə 118, ¹ 6, maddə 328; 2003, ¹ 1, maddə 22, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133; 2006, ¹ 2, maddələr 74, 75, ¹ 11, maddə 927; 2007, ¹ 8, maddə 756; 2008, ¹ 4, maddə 251, ¹ 7, maddə 602, ¹ 8, maddə 696, ¹ 10, maddə 883; 2009, ¹ 6, maddələr 399, 401; 2010, ¹ 2, maddə 74, ¹ 3, maddə 171; 2014, ¹ 2, maddə 87, ¹ 11, maddə 1360) 34-cü maddəsinin I hissəsinin 8-ci bəndində “vətəndaşlığından çıxdıqda” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il
Azərbaycan.-2015.- 7 may.- S. 2.