Birləşmiş Millətlər Təşkilatının
“İqlim dəyişmələri
haqqında” Çərçivə
Konvensiyasına dair Kioto Protokoluna
Doha düzəlişinin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokoluna 2012-ci il 8 dekabr tarixli Doha düzəlişi təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2015-ci il
Azərbaycan.-2015.- 7 may.- S. 2.