Türkiyənin Tarsus
şəhərində Heydər Əliyev Parkının
açılış mərasimi keçirilib
Türkiyənin Tarsus şəhərində Heydər
Əliyev Parkının
və Ümummilli Liderin burada ucaldılan abidəsinin açılışı münasibətilə
təntənəli mərasim
keçirilib.
Mərasimdə Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənov, Xətai
Rayon İcra Hakimiyyətinin
başçısı Razim
Məmmədov, ölkəmizin
Türkiyədəki səfiri
Faiq Bağırov, Milli Məclisin beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri Səməd Seyidov, Yeni Azərbaycan
Partiyası Xətai
rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov,
Mətbuat Şurasının
sədri Əflatun Amaşov, YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai
rayon bələdiyyəsinin sədri Teymur Məmmədov iştirak ediblər.
Mərasimdə Türkiyənin Mersin vilayətinin valisi Özdemir Çabaçak,
Mersin Böyükşəhər bələdiyyəsinin sədri
Burhanettin Kocamaz, Tarsus
bələdiyyəsinin sədri
Şövkət Can və
digər tanınmış
şəxslər də
iştirak ediblər.
Bundan başqa,
Türkiyənin və
Azərbaycanın elm və
mədəniyyət xadimləri,
KİV təmsilçiləri, QHT rəhbərləri, tələbələr,
qardaş ölkə ictimaiyyətinin görkəmli
nümayəndələri mərasimə
qatılıblar.
Əvvəlcə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin və Türkiyə Respublikasının banısı
Mustafa Kamal Atatürkün
xatirələri bir dəqiqəlik sükutla yad olundu, dövlət
himnlərimiz səsləndirildi.
Məlumat verildi ki, Bakının
Xətai rayonu ilə Türkiyənin
Tarsus şəhəri 2007-ci ildə qardaşlaşıb. Bu münasibətlə
Tarsus şəhərində Xətai Parkı və ulu öndər
Heydər Əliyevin adına körpü
tikilərək istifadəyə
verilib. 2011-ci il martın 16-20-də
Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adına salınmış
körpünün açılış
mərasimində Xətai
rayonundan nümayəndə
heyəti iştirak edib. Mövcud qardaşlıq münasibətlərini
daha da möhkəmləndirmək
məqsədilə 2012-ci il aprelin 12-dən 15-dək
qardaş Türkiyədən
böyük nümayəndə
heyəti Bakı şəhərində, eləcə
də Xətai rayonunda işgüzar səfərdə olub. Səfər çərçivəsində
Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan
körpünün yaxınlığında
yerləşən 2,5 hektar ərazidə Heydər Əliyev adına yeni parkın salınması və burada Ulu Öndərin abidəsinin ucaldılması
qərara alınıb.
Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov,
Xətai Rayon İcra Hakimiyyətinin başçısı
Razim Məmmədov,
Mersin Böyükşəhər bələdiyyəsinin sədri
Burhanettin Kocamaz və Tarsus bələdiyyəsinin
sədri Şevkət
Can mərasimdə çıxış
edərək ümummilli
lider Heydər Əliyevin xilaskarlıq missiyasından, türk dünyası qarşısındakı
əvəzsiz xidmətlərindən,
Azərbaycan ilə Türkiyə arasında daim inkişaf edən münasibətlərdən,
region ölkələrinin kompleks
inkişafına hesablanmış
strategiyanın tarixi əhəmiyyətindən danışıblar.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Azərbaycan-Türkiyə
münasibətlərinin inkişafına
həmişə xüsusi
diqqət yetirib.
Əsrlər boyu türk xalqlarının birliyinə nail olmaq üçün tarixi şəxsiyyətlərimiz dövrün
siyasi şəraitinə
uyğun mübarizə
aparıblar. XX əsrin əvvəllərində
bu tarixi missiyani Mustafa Kamal Atatürk, ötən əsrin sonlarından başlayaraq isə Heydər Əliyev uğurla həyata keçiriblər. Heydər Əliyev
böyük bir uzaqgörənliklə Azərbaycanın
karbohidrogen ehtiyatlarının
işlənməsi və
Qərbə doğru nəqlini təmin etməklə ölkələrimizin
iqtisadi qüdrətini
artırıb, beynəlxalq
enerji təhlükəsizliyi
məsələsində Türkiyənin
qüdrətini durmadan
yüksəldən yeni
bir güc mərkəzi yaradıb.
Odur ki, qardaş ölkədə Ulu Öndərin adının
əbədiləşdirilməsi istiqamətində daha bir addımın atılması Heydər Əliyevin tarixi missiyası qarşısında
mənəvi borcumuzdur.
Çıxışlarda əminliklə qeyd olunub ki, Heydər
Əliyevin xatirəsinə
göstərilən bu
ehtiram onun şəxsiyyətinin ucalığının
timsalında Tarsus şəhərinin
sürətli inkişafına
özünəməxsus təsir
göstərəcək. Ulu Öndərin
adını daşıyan
parka gələn hər
bir şəxs Azərbaycanı daha böyük hörmət və ehtiramla yad edəcək. Tədbirdə, həmçinin
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsinin nəticələrindən, o cümlədən
artıq bəhrə verən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin
və reallaşmaqda olan TANAP, TAP, Bakı-Tbilisi–Qars və Avrasiya
Böyük İnformasiya
Yolu layihələrinin
əhəmiyyətindən danışılıb.
Rəsmi mərasimdən sonra ulu öndər Heydər Əliyevin abidəsi üzərindəki
örtük götürülüb. Abidənin önünə
tər çiçəklər
düzülüb.
Sonra Azərbaycandan
və Türkiyədən
olan rəsmi şəxslər Heydər
Əliyev Parkında ağac əkiblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə
heyəti Adana Böyükşəhər
bələdiyyəsinin sədi
Hüseyn Sözlü,
Mersin vilayətinin valisi
Özdemir Çabaçak
və Mersin Böyükşəhər
bələdiyyəsinin sədri
Burhanettin Kocamazla ayrı-ayrılıqda görüşüb.
Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərin davamlı
inkişafının əhəmiyyəti
barədə ətraflı
fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov deputat, yazıçı Hüseynbala Mirələmovun
həmmüəllifi olduğu,
Ulu Öndərin mənalı həyat yolu, zəngin fəaliyyətinə həsr
edilən “Görkəmli
insanların həyatı”
silsiləsindən “Heydər
Əliyev” kitabını
Türkiyə rəsmilərinə
hədiyyə edib. Bu kitab Heydər
Əliyev Parkının
açılış mərasiminin
iştirakçılarına da paylanıb.
Açılışdan sonra Xətai Rayon İcra Hakimiyyətinin, “Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC-nin birgə təşkilatçılığı ilə Türkiyə və Azərbaycanın tanınmış incəsənət
ustalarının ifasında
möhtəşəm konsert
proqramı olub.
Konsert Mersinin yerli telekanalı olan “Kanal 33” tərəfindən canlı
yayımlanıb.
Azərbaycan.-2015.-
7 may.- S. 3.