Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları uğurla davam etdirilir

 

İctimai münasibətlər sisteminin qanunamüvafiq qaydada tənzimlənməsində, insan və vətəndaş hüquq və azadlıqlarının təminatında mühüm rol oynayan məhkəmə hakimiyyətində kompleks islahatların həyata keçirilməsi ulu öndər Heydər Əliyevin daim xüsusi diqqət mərkəzində olmuşdur. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının möhkəm təməlini qoymuşdur.

Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir.

Azərbaycan Konstitusiyasına əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu modelə əsasən, ölkəmizdə birinci instansiya, apelyasiyakassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqafakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə düzgünobyektiv həllinə şərait yaradır.

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla müstəqil məhkəmə sisteminin qurulmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” fərmanı əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli olmuşdur.

“Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 2000-ci il 17 yanvar tarixli fərman isə hakimlərin seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyəti ilə bağlı digər funksiyaların həyata keçirilməsi məqsədilə yüksək məhkəmə sədrlərindən, ədliyyə nazirindən ibarət tərkibdə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası təsis edilmiş, hüquq sistemində köklü dəyişikliklərə səbəb olan tədbirlər görülmüşdür. Məhkəmə-Hüquq Şurası ötən illərdə Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən müstəqil orqan kimi fəaliyyət göstərmişdir.

Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün ilk növbədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmiş, ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosialhüquqi islahatların əsasında insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanmışdır. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi ilə (referendum) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişiklikləri bu mənada xüsusi xatırlatmaq lazımdır. Həmin əlavə və dəyişikliklərin bir hissəsi də məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın Apelyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət-mühakimə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək onun yalnız kasssasiya instansiyası olması təsbit edilmişdir.

Daha bir mühüm yenilik ondan ibarət olmuşdur ki, bütün məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmişdir. Dəyişikliyin məzmununa görə hər kəs, onun hüquq və azadlıqlarını pozan qanunvericilikicra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə şikayət verə bilər.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 12 ildə Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.

Təhlillər göstərir ki, müxtəlif səbəblərdən məhkəmə bildirişlərinin vaxtında çatdırılmaması məhkəmələrdə işlərə baxılarkən çəkişmə prinsipinə əməl edilməməsi ilə nəticələnir, işlərə qanunla müəyyən edilmiş müddətdə baxılmasında çətinliklər yaradır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixliElektron məhkəmə” İnformasiya Sisteminin yaradılması haqqında” sərəncamı bu sahədə ötən illərdən başlanmış işlərin keyfiyyətcə yeni mərhələdə daha da genişlənməsinə, məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən əlahiddə əhəmiyyətli sənəddir. Bunda məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsidir. Belə bir sərəncamın imzalanması “ASAN xidmət”in yaradılması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil, şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində geniş tətbiqinə imkan verir. Bu həm də vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik formada qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında operativliyin, şəffaflığın təminatına imkan yaratmışdır.

 Elektron məhkəmə” informasiya sisteminin tətbiqi nəticəsində məhkəmələrə iddia ərizələri elektron qaydada göndərilir, ifadələr elektron daşıyıcılara qeyd olunur. Tərəflər vəsatətləri və şikayətləri informasiya texnologiyalarından istifadə etməklə elektron poçt vasitəsilə göndərir və qəbul edirlər. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edir. İstənilən halda həmin sənədlər elektron daşıyıcılardan kağıza köçürülə bilir.

Bundan başqa, məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınması, prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılması mühüm yeniliklərdir. Bu sistem məhkəmə proseslərinin elektron qaydada qeydə alınmasına və proses iştirakçıları tərəfindən onlayn rejimdə, yaxud sonradan izlənilməsinə imkan verir. Nəticədə məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən və ya ehtiyatsızlıqdan yanlış tərtib olunması halları aradan qalxır. Məhkəmə çağırışlarının və bildirişlərin, habelə qəbul olunmuş qərarların və digər sənədlərin elektron qaydada ötürülməsi qərarların və digər prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət etmək hüququnun pozulması iddialarını birdəfəlik aradan qaldırır.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatları uğurlu nəticələr verməkdədir. Azərbaycanda qanunun aliliyinin təminatı, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli xüsusi diqqət mərkəzindədir. Bu islahatlar respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin daha da güclənməsinə müsbət təsir göstərəcəkdir.

 

Vüqar QULİYEV,

Azərbaycan Respublikası Ali Məhkəməsi Analitikqanunvericiliyin

 sistemləşdirilməsi şöbəsinin məsləhətçisi, hüquq üzrə fəlsəfə doktoru

Azərbaycan.-2015.- 7 may.- S. 6.