Alovun hərarəti Muğama
yayıldı
Məşəl Saatlı və
Sabirabadda alovlandı
Təbiətin çölü-çəməni zümrüd libasa bürüdüyü yazın bu oğlan çağında doğma vətənimiz Azərbaycanda bayram əhval-ruhiyyəsi yaşanır. Birinci Avropa Oyunlarının alov səyahəti mərhələsi uğurla davam etməkdədir. Məşəlin keçdiyi kəndlərdə, şəhərlərdə gerçək bir bayram ovqatı yaşanır.
Məşəllə gələn sevinc payının növbəti ünvanı Saatlı rayonudur. Saatlıda bu tədbirə neçə vaxtdı hazırlıq görülür. Hər tərəfdə abadlıq, səliqə-sahman göz oxşayır. Adamlar xeyli əvvəldən məşəl gələcək yolboyu düzülüblər. Gözlərindən sevinc yağan, çöhrələrindən təbəssüm oxunan mərasim iştirakçılarının nəzərləri məşəlin gələcəyi səmtə yönəlib.
Yaranmış ani fürsətdən istifadə edərək mərasim iştirakçılarının biri ilə həmsöhbət olmaq, onun təəssüratını öyrənmək istəyirik. Özünü təqdim edir: əməkdar müəllim Lətif Şimşəkov:
- Doğrusu, çox həyəcanlıyam. Müəllim yoldaşlarımın da, dərs dediyim şagirdlərin də əksəriyyəti buradadır. Bir baxın, hamı sevinc içərisindədir. Bu gün mən də iftixar hissi keçirirəm. Bir ziyalı, bir vətəndaş olaraq ölkəmizin müstəqillik illərində qazandığı misilsiz nailiyyətlərlə necə qürur duymayasan. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin müdrikliyi bizi qələbədən-qələbəyə aparır, dövlətin qayğı və diqqəti həyatımızı daha firavan edir. Bu gün Azərbaycanın Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi qazanılan dinamik sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir. Məncə buna sıradan bir idman yarışı kimi baxmaq sadəlövhlük olardı. Bu, Avropaya, bütün dünyaya Azərbaycanın sülh, dostluq, qardaşlıq, əməkdaşlıq çağırışıdır. Mətbuatdan bilirəm ki, Birinci Avropa Oyunlarında əlliyə yaxın ölkənin idmançıları təmsil olunacaqdır. Özümüzü, Azərbaycan həqiqətlərini Avropaya təqdim etmək üçün bu, son dərəcə gözəl bir şansdır. Əminəm ki, bu imkandan maksimum səmərəli istifadə olunacaqdır. Hər kəsə uğurlar arzulayıram.
Budur, gözlənilən an gəlib çatır. “Atəşgah”dan od almış məşəl
etibarlı əllərlə
ölkəni dolanaraq Saatlı rayonuna gətirilir. Alqış sədaları altında
Saatlı nümayəndələri
məşəli qəbul
edirlər. Məşəlin qəbulu və estafet qaydasında nəzərdə tutulan məntəqəyə çatdırılması
üçün rayonun
idman həyatında fəal iştirak edən 10 nəfər əvvəlcədən nəzərdə
tutulmuş və onlar həyata keçirəcəkləri missiya
barədə yetərincə
məlumatlandırılmışlar.
Saatlı nümayəndəsi Əbülfəz
Əliyev məşəli
qəbul edib başı üzərinə
qaldırır. Geniş və yaraşıqlı
Heydər Əliyev prospekti boyunca hərəkətə başlayır.
Yolun hər iki tərəfində
əllərində üçrəngli
milli bayraqlar, al-əlvan gül-çiçəklər
tutan Saatlı sakinləri vətənin,
dövlətin, Prezidentin
şərəfinə şüarlar
səsləndirirlər.
Rayonun tanınmış idmançıları
sırasından seçilmiş
məşəlçilər Mirqiyas Qiyasov, Elşən Əzizov, Pərviz Məmmədov, Mehriban Ağayeva və başqaları müəyyən edilmiş
ardıcıllıqla estafeti
bir-birilərinə ötürərək
nəzərdə tutulan
məsafəni qət
edirlər. Nəhayət, nəzərdə tutulan məkana yetişilir. Rayon mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda qoyulmuş piyalə formasındakı alov kasası gətirilən məşəllə yandırılır.
Alov piyaləsi alışır,
meydanı alqış
sədaları bürüyür.
Xoş ovqat, yüksək əhval-ruhiyyə könüllərə
hakim kəsilir.
Mərasim iştirakçısı, rayonun fəallarından olan Əzizağa Quliyev fərəhini bizimlə bölüşür:
- Ölkəmizdə fərəhli
günlər yaşanır,
təbii ki, bu günün sevincini mən də yaşayıram. Azərbaycan xalqının başı
zaman-zaman çox müsibətlər çəkib.
Rus imperiyası ötən əsrin əvvəlində
qazanılan dövlət
müstəqilliyini 23 aydan
artıq yaşamağa
qoymadı. 37-ci illərin repressiyasında
xalq qeyrətli oğullarını itirdi.
Böyük Vətən müharibəsində
nə qədər qurbanlar verdik. Artıq 24 ildir ki, müstəqil
dövlətin vətəndaşı
olmağımızla qürur
duyuruq. Buna da hər vasitə
ilə mane olurlar.
Dünyanın aparıcı dövlətlərinin
dəstəklədiyi Ermənistan
torpaqlarımızın 20 faizini
işğal edib.
Bir milyon soydaşımız qaçqın və köçkün vəziyyətində
yaşamağa məhkum
olunub. Yolumuzda yaradılan kifayət
qədər ciddi maneələrə, böyük
problemlərə baxmayaraq
Azərbaycan bütün
dünyanı heyran qoyan bir sürətlə
inkişaf edir. Qarşımıza çıxarılan əngəllər dövlət
başçısının müdrik siyasəti ilə dəf olunur. Bu gün
Avropanın, elə dünyanın da gözü Azərbaycandadır.
Çox gənc olan bir dövlətin
belə möhtəşəm
tədbirə necə
ev sahibliyi
edəcəyi bəzi
qüvvələri çox
maraqlandırır. Amma bir ağsaqqal kimi deyirəm. Heç kim narahat
olmasın. Biz çox qonaqpərvər xalqıq. Qonağı qarşılamağı da, yola salmağı
da yaxşı bacarırıq.
Növbəti müsahibimiz Saatlı
Rayon Mərkəzi Xəstəxanasının
baş həkimi Ələkbər Əkbərov
keçirdiyi qürur
hissindən söz açır:
- Şahidi və
iştirakçısı olduğum
bu təntənə ürəyimi qürurla doldurur. Birinci Avropa Oyunlarına
çox qısa bir zamanda hazırlıq
görülmüşdür. Yarışların keçiriləcəyi
idman arenalarının
yüksək səviyyədə
hazırlanması ilə
yanaşı, sevimli paytaxtımız Bakı da çox gözəlləşib.
Gözəlləşən, yeniləşən təkcə Bakı deyil. Ölkəmizin yaxın-uzaq bölgələri
də yeni görkəm alıb.
Bir bizim Saatlıya nəzər salın.
Yeni salınan parklar, xiyabanlar, müxtəlif təyinatlı sosial obyektlər, abad prospekt və küçələr, geniş
və rahat yollar rayon mərkəzinə
yaraşıq verir.
Əsaslı təmir edilib
müasir avadanlıqlarla
təmin olunmuş
rayon mərkəzi xəstəxanasında
rayon əhalisinə nümunəvi
səhiyyə xidməti
göstərilir. Demək istəyirəm
ki, dövlət xalqın firavanlığı
üçün lazım
olan hər şeyi edir. İştirakçısı olduğum bu
təntənədən doğan
qürur isə tamam fərqlidir. Ölkəmizin tarixində
ilk dəfədir ki, belə mötəbər idman yarışına ev sahibliyi
edirik. Bu, tarixi
hadisədir. Dünya Azərbaycanı
yaxından tanıyacaqdır.
Minlərlə avropalı Azərbaycan
həqiqətlərini öz
gözləri ilə görüb dəyərləndirəcəkdir.
Bu tarixi fürsəti
öz müdrik siyasəti ilə reallaşdıran respublika
Prezidenti İlham Əliyevə və Birinci Avropa Oyunlarına hazırlıq
üzrə Təşkilat
Komitəsinin sədri
Mehriban xanım Əliyevaya minnətdarıq.
Bu səmimi minnətdarlığı
Saatlıda hər kəsin dilindən eşitmək olar.
Beləcə daha bir məkanda,
bərəkətli torpağı,
əməksevər, qədirbilən
və eyni zamanda qonaqpərvərliyi
ilə seçilən
adamlarıyla tanınan
Saatlı rayonunda da Birinci Avropa
Oyunlarının alovu
şölələnir. Heç şübhəsiz,
vətənini, xalqını,
elini, obasını sonsuz məhəbbətlə
sevən, dövlətinə,
rəhbərinə, sədaqəti
olan könüllərə
bu alovdan yeni hərarət payı düşəcək,
hər ürəkdə
bir məşəl alovlanacaqdır.
Azərbaycan.-2015.-
7 may.- S. 12.